boş zonanı keçmək driblinq

Boş zonanı keçmək məqsədli dribbling

Məşq nümunələri

Boş zonanı keçmək məqsədli dribling əksərən meydanın “orta” hissələrində baş verir, əks hücuma çıxılan zaman çox rastlanır. Amma bu o demək deyil ki ancaq meydanın ortasında və ancaq əks hücuma çıxdıqda olur. Bu hər zaman ola bilər.. Və biz hücum quran zaman rəqib komandanın oturmuş bir müdafiə xəttinə çatmaq məqsədi ilə beş-10 metrlik və ya daha çox məfafəlik bir ərazini futbolçumuzun topla irəliləməsi boş zonanı keçmək məqsədli dribblingdir. Ümumiyyətlə dribbling müxtəlif məqsədlərə xidmət edə bilər ki , bu da rəqib keçmək ola bilər, top saxlamaq ola bilər və s.. Boş zonanı keçmək məqsədli dribbling mövzusunda kiçik bir məşq nümunəsini sizinlə paylaşmaq istəyirəm. İşinizə yaraya bilər =)

BOŞ ZONANI KEÇMƏK MƏQSƏDLİ DRİBBLİNG MÖVZUSUNA UYĞUN MƏŞQ NÜMUNƏSİ !

Uzunluqu 30 metr eni isə 20 metr olan bir zona ayırın, bu zonanı şəkildə mən ayırdıgım yerdə ayırın və elə bu hissədən də başlayarsız məşqə. Sonra cinahlarda da bu zonanı ayırıb məşqi davam etdirə bilərsiniz.
Bundan başqa məşqdə zona ayırarkən futbolçularınızın yaşlarını da nəzərə alın. Əgər U-7 komandasına bu məşqi versəniz, 30×20 ölçüdə uşaqlar üçün işgəncə vermiş olarsınız.) Mən bu məşqi U-15 komandada sınaqdan keçirmişəm. Elə onlara uyğun da zona ölçüsü seçmişəm. Siz əgər bu məşqi komandanızla işləyəcəksinizsə, yenə deyirəm, yaşlarını nəzərə alın ən azından. Əslində daha çox elementlər var nəzərə alınmalı. Bu başqa mövzudu. Siz hələki yaşını nəzərə alın qalanını sonralar deyəcəm =)

Deməli dediyim, həmin zonanı şəkildə ayırmışam. Hər iki komanda üçün , şəkildə parıltılı formada işarələdiyim kimi kiçik zonalar da ayırın. 4 nəfərlik iki kiçik qruplar yaradın. Yuxardakı şəkildə 4 X bir komanda, 4 O isə digər komandadır..

Məşq üçün qaydalar:

  • Üç pasdan çox paslaşmaq olmaz və 3 pas ərzində topla olan oyunçu rəgibin zonasından keçməlidir (parıltılı zona).
  • Əgər dördüncü pas verilsə top rəgibə keçir.
  • Parıltılı hissəyə yalnız topla olan oyunçu girə bilər. 

Nələrsə anlaşılmasa soruşa bilərsiniz.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir