C kateqoriyalı məşqçi kursları

C kateqoriyalı məşqçilər kursları haqqında

C məşqçilər kursları (Ümumi)

Birinci yazımda sizə öz haqqımda və blogun məqsədi haqqında qısa da olsa informasiya vermişəm. Orda da geyd etdiyimdən anladıgınız kimi, blogumun əsas məqsədi futboldur, Futbol məşqçiləri üçün faydalı məlumatlar paylaşmaqdır.. Həmçinin tək məşqçilər yox, futbolla maraqlanan hər kəs üçün materiallar səhifədə yerləşdiriləcək növbəti yazılarda..

Bu yazımda isə sizə Məşqçilər üçün keçirilən kurslardan danışmaq istəyirəm. Yəni , hələki ilkin mərhələdə AFFA-nın təşkil etdiyi C lisenziya və ya kategoriyası almaq üçün təşkil edilən məşqçilər kursları.. 

İlkin mərhələdə burada AFFA-nın məşqçilər üçün təşkil etdiyi C məşqçilər kursunun  materialı paylaşılacaq və C bitdikdən sonra , B lisenziya kursunun materialı, ardınca A və onun da ardınca PRO məşqçilər kursu üçün olan materiallar bu saytda yerləşdiriləcəkdir ki , məşqçi olmaq istəyənlərə yardımçı olmuş olum.

Bundan əlavə əslində burada bu materialları yerləşdirməkdə başqa bir məqsədim daha var. Bu barədə də biraz danışım elə ilk yazımdaca. Deməli yəgin ki bilmirsiniz, məşqçilər üçün Beynəlxalq tanınan lisenziyalar var ki, bunlar da C lisenziyası ilə başlayır. C lisenziyası isə 12 yaşa qədər futbolçularla işləməyə icazə verir. Elə ona görədə bu kurslar haqqında yazım biraz.

Azərbaycanda hal hazırda kifayət qədər futbol məşqçiləri varki, lisenziya və ya kategoriyaları yoxdur. Məsələ əslində kategoriyanın olmamasında deyil. Sadəcə olaraq mən deyim bilməyənlər varsa bilsinlər, bu lisenziya məsələsi yuxarda geyd etdiyim ardııcıllıqla olur. İlk mərhələ C , sonra B , sonra A sonra isə PRO kategoriya gəlir. Yəni bildiyimiz, tanıdıgımız dünya futbolunda yaxşı mənada at oynadan məşqçilər ki var, Pep Guardiola , Jose Mourinho , Rafa Benitez , Jürgen Kloop və s. yüksək səviyyəli məşqçilərdən söhbət gedir, hamısı PRO kategoriyalı və ya lisenziyalı məşqçilərdir.

Mən AFFA-da C məşqçilər kurslarında olmuşam və bu kursda həgigətən də çox təəssüflənmişəm düzü. Bu təəssüf hissinin niyə yarandıgını indi sizə deyim, bəlkədə anladınız məni. Yəgin ki sizdə mənimlə razılaşarsız ki bir futbol məşqçisinin biliyi olmalıdır ki futbol sahəsində, heç olmasa uşaqlarla işləmək üçün ilkin səviyyədə olan savadı olmalıdır ki , hər hansı futbolçu yetişdirməkdən söhbət getsin. Əgər məşqçi savadsız, biliksizdirsə, onun “yetişdirdiyi” futbolçular da elə Azərbaycan 1.divisionu səviyyəsində belə oynaya bilməyəcək.

Bundan başqa birdə bir futbol məşqçisinin orta səviyyədə dünya görüşününün də olması mütləqdir deyərdim ki. Məşqçinin bacarıqları ya da keyfiyyətləri barəsində əslində növbəti yazılarda danışacam. Bu yazıda bunları yazmaqda məqsədimin nə olmasını hər halda izah edə biləcəm. Uzun sözü qısası , Mən C məşqçilər kursunda iştirak edəndə orda kifayət qədər dünya görüşü zəif olan , biliyi savadı zəif olan məşqçilər vardı. Mənin isə bu blogu açıb , material paylaşmaqda məqsədim , ordakı instructorların, infakt təhlükələrini azaltmaqdır. Sizi əmin edirəm, C kursunda əgər mən instructor olsaydım “məşqçi olmaq istəyirəm” deyib kursa hər iki nəfərdən birini tanıyıb infaktdan ölmüşdüm.

Başqa bir tərəfdən də məsələnin infaktdan da önəmli səbəbi var əslinə qalsa =) Hər C məşqçilər kursunda kimlərsə imtahanları uğurla verib lisenziya alırlar. Amma bu kimlərsə dediklərim belə əslində o qədər C sertifikatını almağa layiq məşqçilər deyillər. Sadəcə olaraq ordakı digər məşqçilərlə müqayisədə hansısa keyfiyyətlərinə görə azacıq üstün olduglarına görə instructorların qərarları ilə onlar lisenziya alırlar və futbolumuz da başlayır həmin o indinin C , gələcəyin B, A və PRO kategoriyalı məşqçilərinin əlinə keçir ki , onlar da futbolumuzu yüksək səviyyədə inkişaf etdirə bilmirlər.

Bu blogda material paylaşmaqda məqsəd , informasiyaları məşqçi olmağa hazırlaşanlara, məşqçilərə çatdırmaqda məqsəd əsasən ondan ibarətdir ki, Azərbaycan futbolunun sabahında heç olmasa Hollandiya, Portugaliya və sair orta səviyyəli ölkələrin çempionatlarında oynaya biləcək gücdə futbolçular yetişsin.

Hər halda siz əgər məşqçi olmağa hazırlaşırsınızsa, yada məşqçisinizsə, “dünyadan xəbəriniz olsun”, internetdən istifadə edin. Yeni yeni biliklər , informasiyalar əldə edin.. Daima özünüzü update edin.. Yoxsa sizin Azərbaycan futbolu üçün yetişdirdiyiniz “futbolçular” ümidlə baxdığımız futbolumuzun gələcəyinin anasını ağlar qoyacaq, ki hələ ki də qoymaqdadır..

QEYD: AFFA-da keçirilən C məşqçilər kursunda iştirak barədə düşünürsünüzsə və heç bir komanda ilə məşq keçməmisinizsə, boşuna getməyin , nə kursu tədris edənləri nə də özünüzü boşuna yormayın. Nədəki pulunuzu boşuna xərcləməyin. Onsuz ki lisenziya ala bilməyəcəksiz. Əvvəlcə hər hansı bir komandada köməkçi məşqçi kimi başlayın meydana çıxmağa, vəziyyətin nə yerdə oldugunu izləyin (3-6 ay arası) , sonra lisenziya kursunda iştirak edin. Həmdə belə olsa kursda da normal rəqabət gedər, hər dəfə kursda iştirak edən 16 nəfərdən 16sı olmasa da , 14-ü heç olmasa normal səviyyəli məşqçi olmağa seçilmiş namizədlər olarlar.

Məşqçi olmaq istəyirsiniz və + fikirləşirsizsə ki futbolda bir tanış adamınız yoxdur ki məşqlərində iştirak edəsiniz, kiminsə yanında məşqlərə çıxmağa şansınız yoxdursa, o zaman futbol məşqləri keçilən istənilən stadiondakı məşqçinin yanında buna başlayın, vəziyyətdən asılı olaraq yer dəyişə və ya həmin məşqçinin yanında qalmağı növbəti mərhələlərdə icra edərsiniz.

İlk mövzudan çox danışdım. Ümid edirəm ki, azdan çoxdan məşqçilik kursları barədə məlumat verə və yararlı bir informasiya paylaşa bildim.

Blogu izləyin =) Növbəti yazılarda görüşənədək.. =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir