Futbolda isinmə məşqi

İsinmə məşqi

Məşq nümunələri

Bu yazıda sizə bir isinmə məşqi nümunəsi paylaşıram. Məşqlərdən öncə yaxşı bir isinmə, futbol məşqlərində komandanın qarşıdan gələn yüklənməyə daha da rahatlıqla hazırlanmasını təmin edər və bu demək olar ki istənilən yaşlı futbolçular üçün əyləncəli olsa daha yaxşı olar. Darıxdıcı olmayan bir isinmə məşqi nümunəsinə baxaq.

Aşağıda yazılan bilgilər şəkildə gördüyünüz məşq nümunəsi üçün hesablanmışdır. Burada siz vəziyyətə uygun olaraq dəyişikliklər edərək komandanıza uygun hala gətirə bilərsiniz.

Məşqin uygun olduqu yaş qrupu: U12+
İştirak edən minimal oyunçu sayısı: 11 (1 qapıçı)
Məşqin məqsədi: İsinmə (Reaksiya sürətinə yönəlik)
Məşq müddəti: 15 dəqiqə
Fasiləni özünüz təyin etməlisiniz. (ehtiyyac yarandıqda verin)

Futbolda isinmə məşqi

Məşqin təşkili üçün lazım olanlar şəkildən aydın görünür. Bir böyük qapı, üç kiçik qapı. İki komandadan biri tək böyük qapını, digər komanda isə üç kiçik qapını müdafiə edir. Gördüyünüz isinmə məşqi həm ayaqla həmdə əllə toxunuşlar edilən bir oyundur. Topun oyuna daxil edilməsi əllədir (qapıçı tərəfindən də edilə bilər) , topla olan komanda üçüncü pası ayaqla ötürməlidir. Yəni 1ci pas həm əl həm ayaqla olar, 2ci pas əllə ötürülə bilər, lakin üçüncü pas artıq ayaqla ötürülməlidir. Yəni ikinci pass əllə ötürülsə də, qəbulu ayaqla olmalıdır və qəbul + ötürmə və ya qəbul + qapıya zərbə şəklində. Şərtlər əlavə edə bilərsiniz ki qapıya zərbələr və ötürmələr ayaqın üstü və ya içi ilə olsun. Bunu da həmin günki məşqinizə uygunlaşdırmanız mümkündür. Deyək ki günün davamında ayağın içi ilə yerlə ötürmələr mövzusunu işləyəcəksiz, elə bu isinmə məşqində də uşaqlara tapşırıqı “ayağın içi ilə edin” göstərişi verə bilərsiniz. Və sair.

Qapıçının orda “darıxmağının” qarşısını almaq üçün isə bir neçə ümumi passdan sonra qapıya zərbəni də məcburi etmək lazımdır. Bunun üçün də məsələn ümumi “5 ötürməni keçmək olmaz, 7 ötürməni keçmək olmaz” kimi göstərişləri verə bilərsiniz.

Məşqdə oyunçulardan daha çox boşluqlara açılmalarını və özləri üçün ayaqla pas verə biləcəkləri bir şəraiti tapmalarını tələb etsəniz yaxşı olar.
Yenə də bu kimi məşqçi düzəlişlərinə və məşq zamanı qarşılaşdığınız o anki vəziyyətə uygun göstərişlərə diqqət etmənizdə çox fayda var.

Növbəti yazılaradək =)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir