Müasir futbolda müdafiə

Müasir futbolda müdafiə

Nəzəri Hissə (C məşqçilik kursları)

Əvvəlki yazımda müdafiəni yaddan çıxarmamaq şərtilə  qol vurmağın futbolun əsas məqsədi olduğundan danışdıq. Bəs bu müdafiə nədir deyə bilərsiniz..? Biraz da müdafiə haqqında yazım. Ümumiyyətlə müasir futbolda müdafiə dedikdə “Topu rəqibdən mümkün qədər tez alıb, müdafiəni unutmamaqla hücum qurmaq” nəzərdə tutulur. 

Əvvəlki vaxtlarda müdafiə dedikdə topu rəqibdən mümkün qədər tez almaq nəzərdə tutulurdusa, günümüzdə, müasir futbolda bu məsələ biraz dəyişib. Yəni loru dildə desəm topu rəqibdən alıb əvvəllər auta vururdularsa, indi hücumu qurmaq da lazımdır =)
Müasir futbolda müdafiə məsələsi biraz daha çətinləşib desək hər halda mənlə razılaşarsız. Çünki müasir futbolda əksər komandaların oyununu müdafiənin başlatdıgı hücumlar təşkil edir və ona görə də, müasir futbolda müdafiə dedikdə “Topu rəqibdən mümkün qədər tez alıb, müdafiəni unutmamaqla hücum qurmaq”  başa düşülür.

Bu mövzuda da çox danışmağın bir adı yoxdur düşünürəm ki , bu qədər yazmam qısa və anlayışlı olar sizlər üçün. Əgər hardasa qeyri anlaşıqlı nəysə birşey qalsa, şərh yazaraq soruşa bilərsiniz..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir