1×1 (birəbir) müdafiə davranışı

Metodika və Təqdimatlar (C)

Bu dəfəki yazımda sizə 1×1 (birəbir) müdafiə davranışı üçün olan metodiki göstərişləri geyd edəcəm və bu mövzuya uyğun presentasiyanı sizlər üçün təgdim edəcəm. Əgər lazım olarsa, buradan rahatlıqla götürüb istifadə edə bilərsiniz.

Əvvəlcə mövzumuza belə başlayaq. Yəgin ki birəbir müdafiə davranışı dedikdə beyninizdə bir fikir formalaşır və bunu sizə izah eləməyə ehtiyac qalmır. Məşqçi olmaq barədə düşünürsünüzsə və bu yolu seçmisinizsə 1×1 müdafiə davranışı deyən kimi bu mövzuya uyğun kadrlar beyninizdə canlanmalıdır. Yenə də mən aşağıda xırda izahlar verim ki qaranlıq bir şey qalmasın.

Bəs 1×1 müdafiə davranışı harda olur ? 

  • Məsələ əgər 1×1 müdafiə davranışından gedirsə, bu əksər hallarda meydanın bizə aid olan yarım hissəsində olur və nisbətdə baxsaq, daha çox cinahlarda baş verən bir haldır.

1×1 müdafiə davranışı nə zaman olur ?  

  • Bu hal biz müdafiə olunduğumuz zaman baş verir. Top rəgibdə olduqda ,  rəgibin hücumun qarşısını almaq məqsədi ilə, bizim oyunçularımız topu almalı olduğları üçün, 1×1 müdafiə davranışı icra edirlər. Yəni bu sualın cavabı qısa kankret deyiləsi olsa: “Top rəqibdə olan zaman”  demək olar..

Bəs biz neynəsək 1×1 müdafiə davranışı zamanı topu daha əldə edə bilərik..? 

  • Daha öncəki yazımda geyd etdiyim kimi bu metodika məsələsidir ki, bunun üçün də məşqçinin metodika bacarığına müraciət etməli oluruq. Yəni məşqçi neynəsək topu daha tez alarıq sualının cavabını öz metodiki göstərişləri ilə oyunçularına aşılamalıdır. 

 İNDİ İSƏ BU MÖVZUYA UYĞUN METODİKİ GÖSTƏRİŞLƏRƏ DİQQƏT EDƏK !

  1.  Sürət yığaraq rəgibin üstünə get və rəgibə çatdıqda sürəti aşağı sal !
  2. Rəqibi qapıdan mümkün qədər uzaqda qarşıla
  3. Müdafiə etdiyin qapıya gedən ən qısa yolu bağla
  4. Yanakı dayan , həm topu həm rəqibi nəzarətdə saxla..
  5. Bir qədər önə əyilmiş vəziyyətdə ol
  6. Rəqiblə arandakı məsafəyə diqqət et
  7. Rəgibin topla olan ayağına diqqət et və rəgibi cinaha sıx
  8. Topu aldıqdan dərhal sonra topla rəqibin arasına gir


Yuxarıda geyd etdiyim metodiki göstərişlərə başqa bir neçə də göstəriş əlavə etmək olar əslinə qalsa. Bildiyimiz kimi futbolda heçdə həmişə 2×2=4 deyil. Bəzən 5 , bəzən 57 ola bilir məsələn =) Ona görədə başqa da metodiki göstərişlərin verilməsi mümkündür. Amma düşünürəm ki uşaq futbolunda deyilməli olan ən önəmli göstərişlər bunlardır..

Hər halda sizin özünüzdə yuxarda yazdığım metodiki göstərişlər bir fikir formalaşdırdı. Yəni dediyim göstərişlər beyninizdə şəkil olaraq yarandı. Sizə 1×1 müdafiə davranışı mövzusunda olan metodiki göstərişləri burda yazmaqdan əlavə , aşağıda presentasiyanı da yükləmək üçün link verəcəm ki ,presentasiyanı yükləyərək,  siz öz məşqinizdən öncə zalda uşaqlara o fayl əsasında mövzunu tam izah edə bilərsiniz.. Yuxarda metodiki göstərişin qısa izahını yazmışam , bunu zalda uşaqlara bir bir göstərmək artıq sizə qalır ) Ümid edirəm ki çətinlik çəkməzsiniz..

Bu mövzuya aid suallarınız olarsa şərh olaraq geyd edə bilərsiniz..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir