Futbolda situasiyalar

Futbolda situasiyalar

Nəzəri Hissə (C məşqçilik kursları)

Əvvəlki yazıların birində sizə fazalardan danışdım. Bu yazıda sizə Futbolda olan situasiyalardan danışacam.. Situasiya sözü ola bilər ki kiməsə anlaşılmasın. Situasiya vəziyyət, şərait anlamını verir.. Bu yazım çox uzun uzadı olmayacaq , qısa kankret izah edib bitirəcəm.

Deməli Futbolda situasiyalar dedikdə üç vəziyyət nəzərdə tutulur.  Bunlar aşağıdakılardır..
1) Say azlığı      2) Say bərabərliyi        3) Say çoxluğu

Situasiyalar, yəni “say azlığı” , “say bərabərliyi”“say çoxluğu” kimi vəziyyətlər meydanın hər yerində baş verən, oyun getdikcə görülən bir hallardır.  Məsələn aşagıdakı şəkilə diggət edək..


Bu şəkildə Hazard (mavi formalı futbolçu) say azlığı situasiyasında mübarizə aparır. Ümumiyyətlə hücumçular və ya ön xətt oyunçuları əksər hallarda say azlığı situasiyasında mübarizə aparırlar. Düzdü say bərabərliyi və say çoxluğu olan zamanlar da istisna deyil, amma əsasən say azlığında mübarizə edirlər ki şəkildə də Hazard say azlığındadır.. Əgər ön xətt oyunçuları say azlığında mübarizə aparırlarsa, deməli müdafiəcilər də əksər hallarda say üstünlüyündə olurlar..

Futbolda situasiyalar TOPUN YAXINLIĞINDA olan rəgibin sayına nəzərən təyin olunur !  Yenə də geyd edim, Topun Yaxınlığında.. Topun yaxınlığında dedikdə isə, topa müdaxilə edə biləcək futbolçulardan söhbət gedir.. Yəni topa rəgibin iki , bizim bir futbolçumuzun müdaxilə etmə potensialı varsa , o zaman biz say azlığı situasiyasındayıq.. Yox əgər bizim 2 futbolçumuz , rəgibin isə 1 futbolçusu topa müdaxilə edə biləcək vəziyyətdədirsə, o zaman biz say üstünlüyü situasiyasında oynayırıq deməkdir..

Say bərabərliyi situasiyası isə 1×1 mübarizələrdə, 2×2 mübarizələrdə və sair topa müdaxilə edə biləcək oyunçu sayının rəqibin topa müdaxilə edə biləcək oyunçu sayına bərabərliyi zamanı olan situasiyadır..

Bu mövzuda sualı olanlar şərh olaraq yaza bilərlər.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir