Futbol oyununda qərarlar

Futbol oyununda qərarlar

Nəzəri Hissə (C məşqçilik kursları)

Bir futbol oyunu boyunca , hər futbolçu dəfələrlə qərar vermək məcburiyyətində qalır və qərar verərək hər hansı bir hərəkəti icra edir.

Futbolda qərarlar mövzusunda məhz elə bu haqqda danışacağıq. Oyunçular futbolda hansı qərarları verirlər və bu qərarlar əslində nələri özündə cəmləşdirir..

Bu mövzuya belə başlasaq düz olar. Oyunçular bir matç ərzində dörd növ qərar verirlər.. Bunlar aşagıdakı kimidir..

1. NƏ VAXT EDİM ? – Hər bir futbolçunun oyun zamanı verdiyi qərarlardan biri də “nə vaxt edim” məsələsidir ki, bu da çox önəmli bir detaldır düşünürəm ki. Nə vaxt edim qərarının izahını vermək üçün belə bir misal göstərim. Deyək ki playmaker topladı və hücumçu açılır.. Playmaker offside gözləmək şərtilə pası , hücumçuya verməlidir. Bu zaman nə vaxt edim məsələsi ortaya çıxır ki, əgər tez pas versə hücumçu açılmağa macal tapmamış gedən pas rəqib tərəfindən topun götürülməsi ilə nəticələnəcək. Əgər gec versə,offside olacaq. Tam zamanında pas verilməlidir ki , bu nə vaxt edim qərarıdır.

2. NƏ EDİM ? –  Elə həmin yuxarıdakı epizodun üzərində “nə edim” qərarı haqqında da izah verim. Deyək ki hücumçu açılır və topla olan playmaker elə bir mövgedədir ki o qapıya zərbə də vura bilər, hücumçuya pas da verə bilər.. Playmakerin seçdiyi bu yollardan biri “nə edim” qərarıdır..

3.NECƏ EDİM ? – Deyək ki , playmaker qapıya zərbə vurmaq yolunu seçdi. Bu zaman ortaya necə edim sualı çıxır ki, topu ayağın içi ilə vursunmu yoxsa üstü ilə qüvvətli, samballı bir zərbə vursunmu ki fikir haçalanması baş verir. Oyunçu da bu yollardan birini seçir və icra edir. Oyunda “necə edim?” qərarını vermiş olur..

4.HARADA EDİM ? – Və futbolçunun verdiyi qərarlar arasında 4-cü biri də “harada edim?” məsələsidir. Yəni əgər oyunçu pas verməyi yox zərbə vurmağı seçibsə, ayağın üstü ilə bu zərbəni yerinə yetirəcəksə, bəs bu zərbəni hardan vurum mövzusunda da düşünməli olur. Daha dörd beş addım atıb vursunmu , yoxsa elə olduğu yerdən vursa yaxşıdırmı ? Bu da harada edim sualıdır ki oyun boyu futbolçular bu qərarı verməyə məcburdurlar..

Nəzərinizə çatdırım ki , bir futbol matçında yüzlərlə , minlərlə dəfə bu qərarlar verilir. Oyuna diqqətlə baxsanız , bütün matçların elə bu qərarlar üzərində oynandığını görəcəksiniz..

 Futbolda qərarlar mövzusunda sualları olanlar , şərh olaraq yaza bilərlər.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir