Optimal məşq necə olmalıdır ?

Optimal məşq necə olmalıdır ?

Nəzəri Hissə (C məşqçilik kursları)

Optimal məşq nədir ? Optimal məşq dedikdə, oyundakı kimi məşq nəzərdə tutulur. Optimal sözünün mənası , “ən münasib” olaraq bilinir.

Optimal məşq də, mövzuya ən uyğun, ən münasib məşq deməkdir. Optimal məşq vermək üçün , məşqçilər 9 kriteriyaya diqqət etməli, məşqlərində mütləq bu 9-luqun olmasına nəzarət etməlidirlər.

Yaxşı bu 9 kriteriya nədir ? Və bunlar nə işə yarayır və niyə var ? İndi yazımın ardında bu haqqda sizə məlumat verəcəm.  Əvvəlcə geyd edim ki, bu məşqi optimal məşq edən 9 kriteriya aşağıdakılardır.

1) Top
2) Rəqib
3) Məqsəd
4) Dinamika
5) Uyğun zona
6) Qərar vermək imkanı
7) Kiçik qruplar
8) Aksionun əvvəli
9) Keçid fazası

Bu yuxarıdakı kriteriaların izahına başlamamışdan qabagh , əvvəlcə məşqlər barədə danışım. Deməli , bilirsiniz ki C lisenziya sizə 14 yaşa qədər uşaqlarla işləməyə icazə verəcək. 14 yaşa qədər uşaqlarla işlədikdə, gərək siz hər zaman uşaqların məşqdə əylənmələrinə şərait yaradasınız. Yəni məşq onlar üçün bir əziyyətə çevrilməsin. Əksinə, onlar məşqdə o qədər əylənsinlər ki, həvəsləri daim artsın. Və əyləncəni də elə etməlisiniz ki, hər dəfə məşq mövzusuna uyğun uşaqlar əylənərək öyrənmiş olsunlar. Məsələn deyək ki , “ayağın içi ilə pas mövzusunda” elə məşq olmalıdır ki , oyunçulardan heç kim darıxmasın, hamı əylənsin və günün sonunda uşaqlar hamısı günün əvvəli ilə müqayisədə  daha yaxşı pas verməyi bacarsınlar.

Bu qısa məlumatdan sonra , keçim məşqi optimal məşq edən kriteriyalardan danışmaqa. Bu 9 kriteriyanın məşqdə olması, yuxarda dediyim “əylənərək öyrənmək” məsələsini öz özünə ortaya çıxarır əksər hallarda. Yəni əgər 9 kriteriya varsa, demək ki , oyunçular əylənərək öyrənir.  Məşqdə mütləq olması gərəkən ilk şey, topdur. Ona görədə optimal məşqin ilk bəndində top yer almaqdadır.

1) TOP  – Hər bir futbol məşqində əlbəttə ki top olmalıdır. Bu bölümü oxuyanda bəlkədə topu mənasız yerə yazıblar deyə düşündünüz. “Onsuz ki topsuz məşq olmaz daa..” kimi düşünürsüz bilirəm ki. Top optimal məşqin kriteriyaları arasında ona görə yer almaqdadır ki , məşqdə oyunçuların hərəsinə bir top və ya 2-sinə bir top prinsipini ortaya çıxarasınız. Əgər hər 2 oyunçuda bir top olsa və ya hər oyunçuda bir top olsa , təkrar sayı kifayət qədər  çox olacaq. Bu da mövzunun oyunçulara daha tez aşılanmasına kömək edəcək. Yəni əgər 2 oyunçuya bir topla pas məşqi ediriksə bu iki nəfər, dörd oyunçuya bir top olan məşqdəki oyunçulardan daha çox pas verəcək və təkrar təkrar pas verərək buna vərdiş etmiş olacaqlar.. Qısası , optimal məşqdə çox top olmalıdır desək yalnış fikir olmaz.

2) RƏQİB – Optimal məşqdə mütləqdir ki , aktiv rəqib olsun. Yəni əgər “müdafiədə başla oyun”  mövzusunda məşq gedirsə, müdafiədə başla oynayacaq oyunçulara rəgib olan oyunçular da olmalıdır. Çünki bir oyun reallığıdır ki müdafiədə başla oyun davranışını yerinə yetirən futbolçular , rəgib təzyiqi altında bunu icra edir. Oyunda rəqib olduğu üçün məşq zamanı da hansı mövzu olmagından asılı olmayaraq rəqib mütləq olmalıdır.

3) MƏQSƏD – Məşqlərdə mütləq məqsəd də olmalıdır ki optimal məşq ola bilsin. Uşaqlarla işləyəcəyinizi nəzərə alaraq deyirəm , əgər bir yerdə məqsəd yoxdursa, uşaqlara çox maraqsız olacaq o məşq. Yəni hansı mövzuda məşq verirsinizsə verin, udub uduzmaq məsələsi olsun ki , oyunçular qələbə üçün mübarizə aparsınlar məşqdədə.  Məşqin sonunda məglub olanlara cəza vermək , ya da qaliblərə mükafat vermək kimi iki seçiminiz olacaq. Mən məsləhət görərdim ki “mükafatı” seçin imkan daxilində ki, oyunçularınız qələbənin dadını tam çıxara bilsinlər. Amma deyə bilərəm ki məsələn pas məşqi vermisiniz əsas hissədə, və sonda  “Держания” verirsiniz , oyun formasında. Və oyun formasında 20 ardıcıl pas edən komanda, digər komandanı “presə göndərir”. Yəni hansı komanda 20 ardıcıl pas getsə, digər komandanın bütün oyunçuları məşqçi tərəfindən əvvəlcədən təyin olunmuş sayda pres edir. Bu da düşünürəm ki pis “məqsəd” deyil məşq üçün. Çünki hər iki komanda “pres” etməmək üçün maximum çalışacaqlar.
Bu dediyim məqsədi misal olaraq göstərdim. Bundan başqa minlərlə məqsəd seçə bilərsiniz məşqiniz üçün.

4) DİNAMİKA – Yaxşı məşqçilərin məşqində həmişə dinamika görünür. Heçkim qıraqda gözləmir ki hərəkətə başlasın. 14 yaşa qədər uşaqlara düşünürəm ki elə məşqlər verməlisiniz ki, heç bir uşaq qıraqda növbə gözləməsin. Gözləsədə ondan öndə maximum 1 nəfər olsun ya da vaxtla desəm 30 saniyədən çox sıranın özünə çatmagını heç bir oyunçunuz gözləməsin. Bu məşqin dinamikasıdır. Məşq planlaşdırdığınız zaman bu kriteriyanı da nəzərə almalısınız.

5) UYĞUN ZONA -Bu uyğun zona məsələsi də çox önəmli məqamdır. Bunu da bir misal üzərində izah edim. Əgər bu gün məşqdə işləyəcəyiniz mövzu “qapıya zərbələr” mövzusudursa, bunu oyunçuların cərimə meydançası həndəvərində eləmələrinə şərait yaradasınız. Yəni meydanın mərkəzində qapıya zərbə məşqi vermək düz deyil. Məşqinizin optimal məşq olması üçün , isinmədən tam axıra qədər elə məşqinizi cərimə meydançası həndəvərində verin ki uyğun zona amili də gözlənmiş olsun.

6) QƏRAR VERMƏK İMKANI – Oyunda bilirik futbolçular dəfələrlə qərar vermək məcburiyətində olurlar. Və futbol oyunu qərarların üstündə qurulur. Ona görədə məşqdə oyunçuların qərar vermək imkanı olmalıdır. Belə deyək , bir pas məşqi verəcəksinizsə, oyunçular elə eyni yerdə , eyni oyunçuya pas verməkdənsə, daha yaxşı olar ki , özü qərar versin pas verəcəyi oyunçunu.  Yəni məşqdə oyunçuya sərbəst qərar verə bilmək üçün şərait yaratmaq lazımdır. 

7) KİÇİK QRUPLAR – Məşqdə çalışıb maximum kiçik qruplarda işləmək lazımdır ki , təkrar çox olsun. İlk kriteriyada bu haqqda danışmışdım. Bir var ki 3 nəfər bir topla paslaşsın, bir də var ki 10 nəfər bir topla paslaşsın. 10 nəfər olduqda əlbəttə ki təkrara çox yol verilməyəcək. Yəni ən yaxşı halda 1ci oyunçunun ayaqına top birdə 20 saniyə sonra dəyəcək. Ona görədə kiçik qruplarda məşqlər daha effektiv olur. Məhz bu səbəbdən optimal məşqdə kiçik qrupların olması mütləqdir.

8) AKSİONUN ƏVVƏLİ – Bu “aksionun əvvəli” sözü aydın olmaya bilər, başqa sözlə desək “hərəkətin əvvəli” deməkdir bu kriteriya. Hərəkətin əvvəli dedikdə nə nəzərdə tutulursa,bunu da bir misalla izah edim ən yaxşısı. Deyək ki , qapıya zərbə məşqi verəcəksiniz. Topu götürən kimi qapıya zərbə endirmək kimi bir məşq verməyin. Hərəkətin əvvəli olsun, yəni zərbədən qabaq bir pas olsun məsəl üçün. Bu pas hərəkətin əvvəlidir.

9) KEÇİD FAZASI – Fazalar mövzusunda keçid fazası haqqında məlumat vermişəm. Bunun nə olması haqqında məlumatınız artıq var. Məşqdə keçid fazasının olması nədirsə yəgin ki fikir formalaşır ona görədə sizdə. Deyək ki , iki kiçik qrupda “hava ötürmələri” məşqi vermisiniz. Bu məşqi elə verməlisiniz ki, top bir komandadan o biri komandaya keçsin. Yəni məşq boyunca elə heey bir komanda topla davranmasın. Bu məşqdəki keçid fazasıdır.

Bu mövzuda danışacaqlarım bu qədərdir. Ümid edirəm ki optimal məşq vermək üçün , artıq nələr eləməlisinizsə sizə aydındır. Bu məsələdə ugurlar sizə =)) İndi növbəti bir neçə yazıda futboldan kənar mövzularda paylaşımlər edəcəm. O biri yazılarda görüşərik.


Hə birdəki, bu mövzuda qaranlıq qalan məsələləri , bilirsiniz də həmişəki kimi şərh olaraq yza bilərsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir