Futbolda kondisiya

Futbolda kondisiya

Nəzəri Hissə (C məşqçilik kursları)

Futbol kondisiya matorik və sensomatorik olmaqla iki yerə bölünməkdədir. Matorik keyfiyyətlər qrupunda 3 xüsusiyyət, sensomatorik keyfiyyətlər qrupunda isə 2 xüsusiyyət yer alır.

Bu mövzuda qruplara daxil olan keyfiyyətlərin hər birindən danışacam. Matorik və sensomatorik sözlərinin izahından başlamaq istəyirəm. Matorik keyfiyyətlər , əzələlərlə bağlı olan keyfiyyətlərdir.

Sensomatorik keyfiyyətlər isə beyinlə əlaqəli olan , beyin hüceyrələri ilə əlaqəli keyfiyyətlətdir.  Həm sensomatorik həmdə matorik keyfiyyətlər birlikdə , kondisiyanı əmələ gətirir.

MATORİK + SENSOMATORİK = KONDİSİYA 

Əvvəlcə başlayaq matorik keyfiyyətlərdən. Aşağıdakılar matorik keyfiyyətlərə aid olan xüsusiyyətlərdir.

1) Dözümlülük – Organizmin yorğunluğa qarşı müqaviməti və yüklənmədən sonra bərpa olunmasını göstərən bir keyfiyyətdir. Dözümlülük əslində bir futbolçuya çox lazım olan bir keyfiyyət deyildir. Marafon qaçan idmançılar olur ki , 3-5 saat qaçırlar və dözümlülük onlar üçün önəmlidir. Amma futbolda belə deyil , futbolçular orta dözümlülüklə mübarizə aparmaqa hazır vəziyyətdə ola bilirlər. Çünki futbolçular , 90 dəqiqə, maximum da 120 dəqiqə mübarizə aparır və onlar bu zaman ərzində də kifayət qədər mini fasilələr və + 15 dəqiqəlik fasilə edirlər. 

2) Güc – Əzələlərdə yaranan enerjidir.. Güc nədirsə hər halda uzun uzadı izah etməyə ehtiyac yoxdur. Bildiyiniz güc yəni. Sadəcə olaraq burada geyd edim ki, gələcək yazılarda burdakı hər bir bənd barədə uzun uzadı danışacağam. İndi qısa informasiya verib ötürəm ki , məlumatınız olsun, fikir formalaşsın. 

3) Hərəkətlilik (Elastiklik) – Oynaqların hərəkət amplitudasıdır. Hərəkətlilik və oynaqların hərəkət amplitudası sizi çaşdırmasın, məsələn əl baş barmaqımızın saga sola maximum müəyyən qədər gedə bilir. Bu maximum yerdəyişmə arasına amplituda deyilir. Bu təkcə baş barmağımıza aid deyil haa =) Bütün orqanlarımızın maximum yerdəyişməsi nəzərdə tutulur. Ayaqlarımızın , başımızın , çiynin və s.

İndi isə sensomatorik keyfiyyətlərə diqqət edək.  Yuxarda geyd etdiyim kimi sensomatorik keyfiyyətlər sinir sistemi ilə əlaqə olan keyfiyyətlərdir.

4) Sürət 

5) Kordinasiya 

Bu yuxarıdakı iki bənddə yer alan “Sürət” və “Kordinasiya” özləri də bir neçə tərkib hissələrdən ibarətdirlər. Onları tərkib hissələrə ayıraraq sizlər üçün yeni mövzularda izah edəcəm.

Gələn yazıda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir