Birəbir hücum

1×1 hücum davranışı

Nəzəri Hissə (C məşqçilik kursları)

Bu dəfəki yazımda isə sizə, 1×1 hücum davranışı haqqında danışacam və bu mövzuda metodika və presentasiyanı sizə təgdim edəcəm. Əvvəlki yazılarımda 1×1 müdafiədən danışmışam. Metodikasını da sizin üçün yazmışam. İndi də ona garşı bir silah olan , bu mövzu haqqında sizin üçün yazmağı vacib bildim.

1×1 hücum davranışı mövzusuna bu məsələnin meydanın hansı hissəsində olması, niyə, nə zaman, kim tərəfindən olması ilə başlamaq istəyirəm..

1×1 elə bir davranışdır ki, adında da göründüyü kimi hücum zamanı olur. Hücum varsa, bu o deməkdir ki topda var. Fazalarda öyrənmişdik ki, topla olan hücum fazasında olur komanda olaraq. Topla olan oyunçunun hücum zamanı, yerinə yetirdiyini bir davranışdır bu. Futbolçu bu davranışı rəqibi keçib qol vurmaq üçün istifadə edir. Adətən bu davranış yarımmüdafiə hə ön xətt futbolçuları tərəfindən icra edilir. Düzdür ki müdafiəçilər də edir. Amma tək tük hallarda olur bu. Ona görə də daha çox ön xət və orta xətt oyunçularına xas olan bir xüsusiyyətdir, davranışdır desək yanılmarıq.

Bu mövzunun futbolçulara, uşaqlara izahı zamanı bəzi xırdalıqlar var ki onları sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu xırdalıqlar aşağıda yerləşdirilib. Həmçinin siz bu mövzunun sonunda hazır presentasiyanı da əldə edəcəksiniz..

=-   1×1 HÜCUM DAVRANIŞI   -=

  • Hücum davranışı icra edərkən açılan komanda yoldaşlarınla göz kontaktında ol.
  • Açılan oyunçu olarsa onunla oyna
  • Əgər açılan olmasa , topu qəbul edərək, maximum sürətlə rəqibin üzərinə get.
  • Rəqib müdafiəçini mümkün qədər qapısına daha yaxın yerdə yaxala
  • Müdafiəçiyə çatdığın zaman sürəti azaltmadan onu keçməyə çalış
  • Əgər sürəti aşağı salmısansa, aradakı məsafəyə diqqət et və rəqibi keçmək üçün aldadıcı bədən hərəkətləri et, ayaq hərəkətləri et və ani olaraq sürəti artır
  • Hər hansı bir fint edərək rəqibi arxada qoymaga çalış, bu zaman rəqibi dayaq ayağı tərəfdən keç
  • Rəqibi arxada qoyaraq qapıya ən qısa yolu seç və ya uyğun yerdəsənsə qapıya zərbə endir

Bu mövzuda bu qədər metodiki göstərişi mən yazdım. Ancaq bu o demək deyil ki, metodika elə bununla da bitir. Metodiki göstərişlər, hərəkəti icra etmək üçün olan xırdalıqlar , incəliklər, detallar oldugu üçün, bura daha çox əlavələr etmək mümkündür. Əllərin , qolların hərəkəti və sair və sair..

Bu mövzu haqqında suallar olarsa yazaraq soruşa bilərsiniz.. Növbəti yazıyadək =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir