Fatih Terim final öncəsi

Final matçı öncəsi Fatih Terim

Videolar (F)

Galatasarayın 1999-2000 mövsümündə UEFA kubokunda çempion olduğu il, Fatih Terimin final matçı öncəsi , oyunçularına “soyunub geyinmə otagında” son tapşırıqları və təlimatları. Maraqlı videodur düşünürəm ki. Düzdür ki əksər məşqçilər oyunöncəsi son təlimatlar zamanı canfəşanlıqla, son motivasiyaedici elementləri futbolçularına yeridirlər. Ancaq bunların arasında ən yaxşı 100 “soyunub geyinmə otağı danışması” seçilsəydi əgər, bu danışıq da o listdə olardı.

Həmin il 17 may 2000-də Arsenal-la Kopenhagendə 40.000-ə yaxın azarkeş önündə oynanan o matçda , 90 dəqiqə və əlavə edilmiş vaxt 0-0 bitmişdi. Penalti seriyaları sonrası isə, GS 4-1 üstünlük qazanmışdır. GS-dən penaltiləri Ergün Penbe, Hakan Şükür, Ümid Davala və Popescu qola çevirmişdi

Buyurun videonu izləyin =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir