Futbolda sürət

Futbolda sürət

Nəzəri Hissə (C məşqçilik kursları)

Əvvəlki yazımda , daha dəqiq desəm Kondisiyada demişdim ki “sürət” kondisiyaya daxil olan bir keyfiyyətdir.

Və bu yazıda sürət haqqında danışacam. Sürət deyəndə çoxunun aglına futbolçunun topu götürüb qaçması , yada topsuz qaçması gəlir. Ancaq sürət bununla bitmir.

Futbolda sürət aşağıdakı tərkib hissələrdən ibarətdir.

1) Dərketmə sürəti – Bu baş verən hadisənin futbolçular tərəfindən dərk edilməsidir. Yəni meydanda baş verən hadisələri bütün oyunçular eyni sürətdə dərk etmir. Bəziləri tez anlayır tez başa düşür. Bəziləri isə daha gec başa düşür. Düzdür ki , bu saniyələrlə və millisaniyələrlə ölçülən birşeydir. Bu dərketmə sürətidir.

2) Oyunu oxuma sürəti – rəqibin növbəti gedişini anlamaq sürətidir. Bu daha çox yüksək təcrübə sahibi olan futbolçularda daha yaxşı səviyyədə olur. Təcrübəli futbolçular rastlaşdıgı hallarla daha öncə dəfələrlə rastlaşdıqları üçün, rəgibin nə edəcəyini əvvəlcədən artıq təxmin edə bilirlər. Bu təxminetmə oyunu oxuma sürətidir.

3) Qərar vermə sürəti – Deyək ki , oyunçular dərk etdilər ki , rəgib “zabiganie” davranışı yerinə yetirir. Və ardınca da oyunu oxudular ki , “zabiganie” edən oyunçuya pas verilməyəcək. Zabiganie saxta olaraq icra ediləcək. Bunlardan sonra “qərar vermə sürəti” meydana çıxır. Bu da oyunçunun rəgibə qarşı nə etsə daha düzgün olar qərarını verməsidir.

4) Reaksiya sürəti – Əgər futbolçu qərarını da veribsə ki , rəqibə qarşı nə etməlidir bilirsə, indi reaksiya sürəti meydana çıxır. Bu da rəqibin etdiklərinə qarşı futbolçunun verdiyi reaksiyadır.

Yuxarıda geyd etdiyim bütün sürətə aid xüsusiyyətlər , hamısı beyində olur və gözlə görünmür. Qeyd edim ki , təkcə oyunu oxuma sürəti yox, yuxardakı hər dörd sürət növü də , təcrübəli oyunçularda daha yüksək səviyyədə olur. Keçək sürətə aid olan digər bəndlərə. Növbəti sürət növü topsuz qaçış sürətidir.

5) Topsuz qaçış sürəti – Futboçunun topsuz oldugu zaman qaçış sürətidir ki , iki yerə bölünür özü də. Sabit qaçış sürəti və dəyişkən qaçış sürəti .. Sabit qaçış sürəti bir istiqamətdə olan qaçış sürətidir. Hər hansı istiqamətdə , düz qaçmaqdan söhbət gedir. Məsələn zabigenie zamanı açılan oyunçunun sürəti məhz bu növ sürətə aiddir. Birdə var ki dəyişkən qaçış sürəti , buna misal olaraq isə,  hücum zamanı açılma davranışı yerinə yetirən futbolçunun qaçışını göstərə bilərik.

6) Toplu qaçış sürəti – Bu isə adından da bəlli oldugu kimi futbolçuların topla olduqları zaman qaçış sürətləridir. Əlavə izaha ehtiyac olmayan bir elementdir düşünürəm  ki .


Sürət mövzusunda danışacaqlarım bu qədər. Sualınız olsa yaza bilərsiniz. Növbəti yazıya qədər. Gedib Arsenal – Barcaya baxım. Oyun indi-indi mən istəyən kimi getməyə başlayıb hələ =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir