Məşqçinin mən bacarığı

Məşqçinin MƏN bacarığı

Nəzəri Hissə (C məşqçilik kursları)

AFFA-nın təşkil etdiyi C məşqçilər kurslarının nəzəri hissə materialları qrupundan olan Məşqçinin bacarıqları mövzusunda sizə bütün bacarıqlardan ətraflı şəkildə danışmışdım. Ancaq aralarında biri vardı ki, o mövzuda haqqında uzun danışmaq istəmədiyimi deyib ötmüşdüm. Bu məşqçinin mən bacarığı məsələsi idi. Bu yazımda sizə məşqçinin mən bacarığından , blogumun bir daimi izləyicisinin arzusu ilə danışacam.

Əvvəlcə bu bacarıq haqqında keçən yazımda dediyim xırda bir abzası sizin diqqətinizə bir daha çatdırmaq istərdim.

“Sadəcə onu qeyd edim ki bu bacarığı olan məşqçilər özlərinə həqiqətən də hörmət edən məşqçilərdir..” demişdim o əvvəlki yazımda.. 

Bunu dedikdə mən nələri nəzərdə tutmuşam və məşqçinin MƏN BACARIĞI dedikdə nə başa düşülür ?!

Məşqçinin mən bacarıqı demək olar ki digər bütün bacarıqların bir araya yıgılmasından, cəmlənməsindən sonra məşqçini universallaşdıran bir bacarıqdır. Bir məşqçinin mən bacarıqı onun futbolçularına hörmətsizlik etməyinin qarşısını alar. Mən məşqçilər görmüşəm, sizdə görməmiş olmazsız, oyunçularını söyən, vuran məşqçiləri deyirəm. Baxın, bu dediyim tip “məşqçi”lərdə nəyinki mən bacarığı kompleksləşmiyib, heç onların beyinlərində şəxsiyyət olmaq üçün ilkin addımlar da atılmayıb.. Əgər məşqçi futbolçuları ilə yalnız söyüşlə, “şillə-təpik”lə münasibət qura bilirsə, o məşqçi deyil demək ki. Və başqa sözlə desək , hələ təkcə mən bacarıqından bəzi detallar çatışmır. Başqa bacarıqları da bir ayrı mövzudur. Yada bir mən bacarıqı yüksək olan məşqçi heç vaxt futbolçularına yalan danışmaz. Mən bu yazını sizə gördüklərimin üzərində izah etmək istədim ki daha rahat anlaşılsın mövzu. Məşqçi var ki, oyunçularına yalan danışır, mahiyyətcə o yalan bir məna kəsb etmir. Ancaq futbolçusu sabah birigün bunun yalan oldugunu anladıqda , məşqçisi onun gözündə düşür. Və bu mən bacarıqının zəif olmasından yaranan bir haldır.

Yada bu gün olan hadisəni sizin üçün yazım. Bir gənc məşqçilərdən biri mənə mesaj yazıb , soruşur ki “mənə plan lazımdır” necə kömək edə bilərsən..? 5-10 dəqiqəlik mesajlaşmadan sonra, qardaş mənə “uşaq futbolunda üç əsas şey var” deyir. Olduğu kimi də sizə deyəcəm. Deyir ki, “”uşaq futbolunda üç əsas şey “top çiləmək”, “pas” və “udar”dıda..”” . Özüdə ki bu sözləri ona millinin hansısa məşqçisinin dediyini deyir. And da içir ki millinin məşqçisi deyib. Hər bir məşqçi bilməlidir ki, “üç əsas şey” deyə bir şey yoxdur futbolda. Hələ uşaq futbolunda, ümumiyyətlə ayıbdı belə söz demək. Birincisi millinin məşqçisi deyirsə, bu o demək deyilki millidə işlədiyi üçün o nə deyirsə düz deyir. İkincisi isə bu məşqçinin “mən bacarıqı”nın aşağı olmasından, o öz üzərində işləmədiyindən bilmir ki “futbolda üç əsas şey” deyilən bir mövzu yoxdur. Gərək ki , məşqçinin mən bacarıqı o qədər yüksək olsun ki, məşqçi o qədər keyfiyyətli şəxsiyyət xarakteri meydana çıxarmağa çalışsın ki bu cür ayıb sözlər, cümlələr qurmasın. Əlbəttə futbol adamı üçün ayıb olan cümlələr. Xarakter , şəxsiyyət, keyfiyyət dedim daha öncəki cümlədə. İndi bir az da “Məşqçinin mən bacarıqı” mövzusuna bu prizmadan yanaşma edək..

Mən, “MƏN BACARIĞINI” mövzusunda istəyirəm xarakter və şəxsiyyətdən danışmazdan öncə sizə bildirim ki, əslinə qalsa bu mövzunu üzbəüz və bir neçə misalla mən sizə rahatlıqla aça bilərəm. Ancaq bir az “jurnalist” yazısı kimi olacaq deyə burda yazmaq istəmirəm. Tanış məşqçilərlə üzbəüz oturub söhbət edəndə danışmışam. İnşallah bu yazını yazmağımı arzulayan qardaşımla da oturub bu mövzuda danışacayıq bir gün , daha açıqlanmış olacaq mövzu onun üçün də..

İndi isə, “MƏN BACARIĞI olan bir məşqçi ŞƏXSİYYƏT olmalıdır” cümləmə aydınlıq gətirim. Bilirik ki şəxsiyyət – şüurlu fəaliyyət obyekti olan insana deyilir. Ki bu da insanı bioloji varlıqdan, ictimai varlığa, yəni insandan adama çevirən xüsusiyyətləri xarakterlə qarışdırıb “mən bacarığı”nın xəmirini yoğurmuş olur. Yuxarda “şüurlu fəaliyyət” dedim. Şüur-da psixika kimi beynin funksiyasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları var. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir.İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Yəni məşqçinin mən bacarıqının bu şüurla birbaşa əlaqəli oldugunu hər halda üç dörd cümləlik açmamla özünüz aydın bir şəkildə gördünüz. Mənlik şüuru deyilən bir şey var ki, bu da məqsədin olmasını meydana çıxarır. Mən bacarıqı olan məşqçilərin, mənlik şüurlarının olması gərəkdir və bu gərəklik də məşqçinin məqsədinin olmasını meydana çıxarır..Və bir də mən bacarığında rolu olan və çox geniş olan  “xarakter”.. Xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərini yox, mühim və davamlı fərdi xüsusiyyətlərini  özündə əks etdirir. Bu davamlı fərdi və mühim xüsusiyyətlər, mən bacarığı yüksək olan məşqçiləri loru dildə desək “elitar adam” edir.

Düşünürəm ki mən bacarıqı haqqında bu qədər yazmağım bəsdir. Ancaq sonda, sizə bəziləri üçün acı olan bir həgigətəndən danışacam. Bu mən bacarığı, alın yazısı kimi bir şeydi mənə görə. Məşqçilərlə söhbət edəndə, kimdə varsa o saat anlayıram. Kimdə yoxdursa və heç vaxt da olmayacaqsa da onu da anlayıram, üzlərinə vurmasam da incə bir şəkildə səhvlərindən özlərinə danışanda dinləmə mədəniyyətləri belə çatmır bəzilərinin..

Və çox hörmətli bu yazını yazmamı istəyən qardaşım, mən səni bir məşqçi olaraq qiyabi də olsa tanıyıram, bu qədər söhbətlərimiz olub və mən sənə deyim biləsən, səndə mən bacarıqı var və bu mövzuda çox da başını yorma. Mən bacarıqı olmayanlar soruşub özlərində bunu inkişaf etdirməyə cəhd etməlidirlər, sən yox..

Növbəti yazılarımda görüşərik. Özünüzə yaxşı baxın. Sağlam qalın. Üç gündü xəstəydim, yaza bilmirdim. Siz xəstələnməyin ki, oxuya biləsiniz. Hələlik.. 

bu yazıda ensklopediyalardan alıntılar var..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir