Məşqçilərdə özünü dərketmə

Məşqçilərdə özünü dərketmə

Nəzəri Hissə (B məşqçilik kursları)

Yazıya başlamazdan əvvəl demək istəyirəm ki, çox həvəssizləşmişəm, blogda yazmağa da , kitab üçün hazırladıgım materialları cəmləşdirməyə  və redaktə etməyə də. Mən bir məşqçiyəm və hər zaman motivasiya işinə mən baxmışam, ətrafda dostlarım arasında da , komandamda da və sair hər yerdə də. Ancaq vəziyyət elə gətirib ki, elə hallarla rastlaşıram ki, yazmaq belə istəmirəm. Ancaq özümü məcbur edib, bu yazımda sizə AFFA-nın təşkil etdiyi UEFA B kateqoriyalı məşqçi kursları mövzularından olan , DƏRKETMƏ-dən danışacam.

Yazının əvvəlində geyd etdiyim məsələ ilə bağlı deyim ki, ölkə futbolundan sorumlu olan şəxslərdən tutmuş, uşaq futbolunda işləyən futbol məktəbi məşqçilərinə qədər, hər gün hər gün yeni yeni lazımsız və faydasız məşqçilər tanımaqda olmağımla əlaqəli bu sözləri deyirəm. Yoxsa mən o qədər də asan motivasiyadan düşən bir adam deyiləm. Baş məşqçi kimi yeni komandamla ilk çıxdığım oyunda, 10-0 matç uduzub, ardından növbəti həftələrdə yaxşı nəticələr əldə edəcəyimi düşünərək, sözün yaxşı mənasında it kimi işləməyi öz qarşıma məqsəd qoyan bir adamam. İndi Azərbaycan reallıqı və məndən asılı olmayan səbəblər məni biraz məqsədlərimdən və tutduğum vəzifəmdən getməyə məcbur edirsə, bu tam başqa bir mövzunun başlığıdır.

Nəysə. Əzizlərim , keçək mövzuya. Çox hörmətli blog izləyicilərim , dediyim kimi sizə bu yazım B kateqoriyalı məşqçi kursu materialları qrupuna aid olan, DƏRKETMƏ mövzusundan yazacam. Ətraflı izahlar etməyə çalışacam.

Dərketmə iki cür ola bilər. ÖZÜNÜ DƏRKETMƏ və XARİCİ DƏRKETMƏ

Özünü dərketmə isə özü aşağıdakı hissələrdən ibarətdir.

– Özünü olduğundan vacib hiss etmək / Bu məsələnin nə olması adından da sizə biraz bəlli oldu. Komandalar olur ki, bəzən məşqçiləri özlərini çox vacib və önəmli bir şəxs kimi hiss edirlər. Bu futbolçularda da ola bilir məşqçilərdə də. Misal üçün deyirəm, bəzi məşqçilərin əllərində çox güclü oyunçular olur və onlar hər gün 10 yaşlı futbolçularına ağırlıq qaldırma, jim , press kimi gic gic lazımsız məşqlər verirlər. Komanda da yaxşı futbolçulardan təşkil olundugundan az da olsa futbol oynaya bilirlər, az məşq etməklə də özlərini yaxşı səviyyədə saxlayırlar. Yeni heç nə öyrənmədən belə öz yaşıdları arasında fərqlənə bilirlər. Ancaq bu cür məşqçilər danışanda özlərindən elə razı danışırlar ki, sanki onlar komandanın məşqçisi olmasaydı, həmin komanda çökərdi. Bu cür dırnaqarası məşqçiləri çox tanıyıram futbolumuzda. Bu cür məşqçilər özlərini dərketmə mövzusundan birinci detalda yalnışlıq edərək, özlərini “Pep” hiss edən məşqçilərdir. Halbuki o qədər də vacib sima deyillər.

– Özünü həddən artıq qabartmaq və ya əksi / Özünü dərketmə zamanı, özünü həddən artıq qabartmaq və ya əksi də bu mövzuda rastgəlinən hallardan hesab edilir. Buna misal göstərmək üçün biraz ulduz məşqçilərdən , ulduz simalardan istifadə edəcəm. Deyək ki, Zidane Real Madridə məşqçi kimi təyin edilir və hamımız bilirik ki, Realda Bale, Modric, Benzema, Marcelo, Pepe kimi əjdahalar var və extra olaraq da Ronaldosu var. Zidane kluba məşqçi gəldikdən sonra, gazanılan qələbələr zamanı təsəvvür edin ki, hər mətbuat konfransında deyir ki, “ay mən belə elədim, ay elə elədim”, “mən olmasam real batardı”, “mən gəlmədən öncə Real kim idi ki?” filan falan. Bu bir məşqçinin özünü dərketmə zamanı özünü qabartmasıdır. Ya da Zidane kluba gələndən sonra , qazanılan qələbələrdən sonra desəydi ki, “mənsiz də komanda onsuz ki güclüydü”, “mənə ehtiyac belə yoxdu, burda zaten Ronaldo var Bale var” və sair və sair kimi bu tip cümlələr də məşqçinin özünü dərketməsi zamanı, özünü əzməsidir. Bu hər iki hal bir məşqçinin dərketmə zamanı etdiyi səhvlərdən hesab edilir. Məşqçi gərək dərk etsin ki, onsuz komanda heçnədir , oyunçularsız da o heçnədir. Və komanda ilə məşqçi bir birini tamamlayanlardır ki, hər ikisi orta səviyyədə bu işdə lazımdır. Heç kim fövqəladə vacib və qabardılmış olmamalıdır.

– Aktyor və tamaşaçı ziddiyəti /  Bunu sadə yolla belə izah etmək olar ki, sən özünü başqa cür hiss edirsən, lakin tamaşaçılar səni başqa  görür. Ola bilər ki məsələn sən düşünəsən ki, komanda üçün nələrisə edirsən, etmisən və çalışmaqdasan, ancaq azarkeşlər, jurnalistlər , tamaşaçılar , işin içində olmayan və qıraqdan izləyənlər düşünə bilər ki , sən faydasız və lazımsızsan. Məsələn günümüzdəki futboldan nümunə göstərsək, Louis Van Gaal hal hazırda əksər Manchester United azarkeşləri üçün lazımsız olsada , özü komandada çox işlər gördüyünü, çalışdıgını düşünür. Bu tamaşaçı və aktyor ziddiyətidir ki bu da özünü dərketmə zamanı ortaya çıxan bir haldır.

Özünü dərketmə mövzusunda yazacaqlarım bunlar idi. Növbəti yazımda sizə DƏRKETMƏ-nin ikinci qolu olan, “Xarici dərketmə” mövzusundan danışacam.  Növbəti yazılarımda görüşərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir