Müdafiə mövzusu prinsipləri

Nəzəri Hissə (B məşqçilik kursları)

Salam blog izləyiciləri. Bu gün UEFA B kateqoriya kursunun bir mövzusu, daha doğrusu ilkin mövzularından biri olan Müdafiə mövzusunun prinsiplərindən danışacam.

Prinsiplər dedikdə, şərtlər , “olmazsa olmaz”lar nəzərdə tutulur bu mövzuda. Bu baxımdan yanaşdıqda isə mövzunun ardında daha ətraflı tanış ola biləcəksiniz.

Müdafiə mövzusu hər bir futbol komandasının mütləq müraciət etdiyi, daima da belə olacağı bir şeydir. O səbəbdən bu mövzuda da prinsiplər var ki , mütləqdir ki olmalıdır. Bunlar aşağıdakı kimidir.

1. Zona seçimi – Gördüyünüz kimi prinsiplərin ilkin detalı kimi zona seçimi qeyd edilib. Bu sizin müdafiənizin olduğu zonadır. Mütləqdir ki müdafiə zamanı zona seçimi düzgün olmalıdır. Bildiyimiz kimi meydanda 3 zona var və bunlar 1 , 2 və 3 olaraq işarələnir. Bunu sadə dildə izah etməli olsaq, 1-ci zona bizim cərimə meydançamızla mərkəz xəttinin arasından , tam ortadan bir xətt çəksək, cərimə o xəttdən öz qapımıza gədər olan hissə, 3-cü zona isə rəqib cərimə meydançası ilə mərkəz xətti arasından bir xətt çəkdikdə, o xəttdən rəqibə qədər olan hissədir. Arada qalan hissə isə 2-ci zona hesab edilir. Müdafiə zamanı oyunçuların hansı zonadan müdafiə olunmaları ən önəmli faktorlardan biridir. Müdafiəmiz 3-cü zonada da , 2ci zonada da, 1-ci zonada da ola bilər. Bu bizim gücümüzlə rəqibin gücünü müqayisə etdikdən sonra qərar verəcəyimiz bir mövzudur əslində.

2. Oyunçu sayı nisbəti – Müdafiə mövzusunda daha bir diqqət edilməli məqam budur. Say nisbəti deyərkən say azlıqında və ya say çoxluğunda olmamızı diqqətə alıb , ona görə davranmamız gərəkdiyini demək istəyirəm əslində. Başqa sözlə desəm, əgər say çoxluğundayıqsa cəld , ən qısa vaxt ərzində topu ələ keçirməmiz lazımdır. Əgər say azlıqındayıqsa , bacardığımız qədər vaxt qazanmalıyıq ki rəqib birşeylər ortaya qoyana qədər, komanda yoldaşlarımız gəlib bizə çatsın və say bərabərliyi və ya say üstünlüyü yaradaraq rəqibi təhlükəsizləşdirək.

3. Topa təzyiq – Müdafiə mövzusunda diqqət edilməli məqamlardan biri də məhz topa təzyiq edəcək oyunçudur. Diqqət edilməli olan məqam isə, topa təzyiq edənin yaxında olmasıdır. Yəni deməyim odur ki, topa ən yaxın olan oyunçu təzyiq etməlidir. Topun yaxınlığında olan, topa ən yaxın olan təzyiq etməlidir. Birdə deyirəm, topa yaxın olan..

4. Sığorta – Futbolda , istənilən müasir futbol oyununda görə biləcəyimiz bir detal da sığortadır. Sığortanın nə olması haqqında yəgin ki beyinlərdə bir fikir mövcuddur. Topa təzyiq edən oyunçunun biraz arxasına mövqe baxımından daha yaxın olan oyunçu düşərək, komanda yoldaşının keçiləcəyi halda rəqibə müdaxilə etmək üçün sığorta edir.

5. GK  –  Müdafiə prinsiplərindən danışırıqsa , qapıçının işinə də diqqət etməyimiz mütləqdir. Müdafiə olunan zaman qapıçının hara çıxması, haranı bağlaması mütləq diqqətə alınmalıdır. Mövqe olaraq da qapıçının müdafiəçilərini sığorta etməsi vacibdir. Əlbəttə ki bu top olan zonaya nəzərən nisbətən arxada olan bir şeydi.

6. Ünsiyyət –  Söhbət futboldan gedirsə, 11 nəfərin meydanda bir komanda şəklində oyunundan gedirsə, ünsiyyət mütləqdir. Nə qədər master olursan ol, mütləqdir ki komanda yoldaşlarınla danışaraq oynayasan. Müdafiədə də kimin çıxıb kimin qalması, haranı kimin bağlamasını gərək komanda oyunçuları arasında danışaraq anlaşılsın. Məsələn: “filankəs arxaya düş, yada sən çıx, mən düşdüm..” kimi…

Bu mövzuda sizə, müdafiənin prinsiplərindən danışdım. Növbəti yazılarımda görüşərik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir