Futbolda hücum prinsipləri

Nəzəri Hissə (B məşqçilik kursları)

Deməli blogu izləyirsinizsə görərsiz ki, keçən mövzuda müdafiə prinsiplərindən az da olsa danışdıq. İndi isə, bu yazımda sizə “Hücum mövzusu prinsipləri”ndən , şərtlərindən danışmaq istəyirəm. Əvvəlcə deyim ki , hücum prinsipləri , şərtləri dedikdə, hücumu daha da kəsərli edən “şeylər” nəzərdə tutulur. Və bunlar olmazsa bir hücum , demək olar ki hücum deyiləsi vəziyyətdə deyil. Bu mövzu haqqında çox uzada uzada danışmadan, birbaşa keçək mövzumuzun özəyinə.

1.DƏRİNLİK –  Dərinlik hücum qurulan zaman , komandanın oyunçularının önə doğru açılmasına deyilir. Əgər sizin komanda hücum edirsə, və oyunçularınız sağa sola doğru yanakı açılırsa, elə bir sağa , bir sola yanakı pas verə verə durursa, bu dərinlik deyil. Dərinlik yaratmaq üçün komandanızın oyunçuları yalnız önə doğru açılmalar etməlidir. Hücum edilərkən bilirik ki hər bir komanda sistem baxımından dağılmış vəziyyətdə olur, yəni xaos yaranır. Bu xaosda , önə doğru, rəqib qapısına doğru oyunçularınızın açılması, dərinlik yaratmaq deməkdir. Və hücum mövzusu prinsipidir. Hücum mövzusunda çox önəmli amildir. Sonuçta qol vurmaq üçün komandamız mütləqdir ki, rəqib qapısına doğru getsin. Bunu da top olan xəttə, cinahlara doğru açılmalar edərək etmək imkansıza yaxın birşeydir. Əgər komandamız önə, rəqib qapısına doğru dərinlik yarada bilirsə, hücumun kəsərinin olmasından söz açmağa başlamaq olar.

2.DƏQİQLİK – Hücum mövzusu prinsiplərində daha bir diqqət edilməli məqam, mütləq olan şey, DƏQİQLİKdir. Yüksək tempdə, təzyiq altında, qarmaqarışıq bir vəziyyətdə deyək ki dərinliyə doğru açılmış bir oyunçunuz var və topla olan oyunçunuz ona pas ötürür. Əgər maximum dəqiqlik olmasa , hücum kəsəri ölər. Çünki sizin komanda hücum etmiş olursa, avtomatik olaraq rəqib müdafiədədir və daha öncəki mövzuda da dediyim kimi müdafiə olunan komanda da kompakt olur. Sıx şəkildə , bir birinə yaxın şəkildə oynayır. Əgər rəqib tam qapanmış şəkildə, kompakt müdafiə olunursa, sizin dərinlik yaradaraq açılmış oyunçuya pas verən futbolçunuzun 10-20 sm qırağa doğru verdiyi pas, rəqib müdafiəçiləri , oyunçuları tərəfindən “göydə” alınacaq. Deməyim budur ki, hücum prinsipi olan dəqiqlik, maximum dərəcədə lazımdır ki, toplar “ayağa” ötürülməlidir ki, hücum davam etsin və rəqib üçün nəysə yüngül də olsa bir təhlükəli ilə nəticələnsin.

3.SÜRƏT – Hücum edən komandanın bacardığı qədər maximum sürətli şəkildə bunu icra etməsi, hücum prinsiplərindən biridir. Yadınızdadırsa keçən mövzuda, müdafiə prinsipləri mövzusunda demişdim ki, müdafiə olunarkən komandanız say azlığındasızsa, azacıq arxaya düşərək digər oyunçuların gəlməsinə şərait yaratmalıdır. Və bu da dolayı yolla o deməkdir ki, hücum zamanı maximum sürətlə icraat getməlidir ki, rəqibin düşünməyə vaxtı qalmasın, azlıqda olduğu halda isə, kömək edəcək oyunçu gəlib çatdıra bilməsin. Bu təkcə oyunçuların sürətli icraatına aid deyil. Həmdə burda topun sürətindən də söhbət gedir. Meydanda ən sürətli olan məhz topdur bilirik ki. Hücum zamanı, top gedməli olduğu maximum sürətlə ötürülməlidir.

4. GENİŞLİK – Bir hücum şərti olaraq “genişlik” də önəmli sayılacaq amildir. Hücum edən komandanın kompakt yox, geniş oynaması hücum şərtidir. Yəni belə deyək komandanız hücumdadırsa, sağ,sol cinah müdafiəçi cinaha doğru genişlik yaratmalı, qabağlarındakı oyunçular qabağa doğru, orta mövqe oyunçuları ortada genişlik yaratmalıdır ki daha rahatlıqla hücum qurulsun, effektiv olsun. Hücumda kompakt oynanmır..

Bu yazıda da sizə “Hücum mövzusu prinsiplərindən” danışdım. Azda olsa fayda vermişdir ümid edirəm. Növbəti yazılarımda qismət olsa görüşərik.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir