Mesqcilerde xarici derketme

Məşqçilərdə xarici dərketmə

Nəzəri Hissə (B məşqçilik kursları)

Əvvəlki yazımda da dediyim kimi sizə bu yazım B kateqoriyalı məşqçi kursu materialları qrupuna aid olan, DƏRKETMƏ mövzusundan yazacam və daha öncəki yazımda, ÖZÜNÜ DƏRKETMƏnin izahını verdim.. Əvvəlki yazımı oxumusunuzsa, bilirik ki Dərketmə iki cür ola bilər. ÖZÜNÜ DƏRKETMƏ və XARİCİ DƏRKETMƏ. Bu yazının mövzusu isə xarici dərketmə olacaqdır.

Vaxt itirmədən keçirəm xarici dərketmə haqqında sizinlə bölüşəcəklərimi yazmağa. Xarici dərketmə mövzusuna təsir edə biləcək amillər fərqlidir və bu çoxlu sayda ola bilər. Bu yazıda sizə ən önəmlilərindən və AFFA B kateqoriyalı məşqçi kursu materiallarına daxil olan hissələrdən yazıram.

Xarici dərketməyə təsir edə biləcək amillər aşağıdakılardır. 

– MƏHDUD BİLİK / bu xarici dərketmə zamanı məşqçiyə təsir edə biləcək ən başlıca amillərdən sayılır mənə görə. Məhdud bilik dedikdə, savadın çatmamasından söhbət gedir. Yəni deyək ki, A adlı bir məşqçi düşünür ki, futbol məşqləri zamanı qapıya zərbələr vermək mənasızdır. Və bu lazımsızdır düşünür ki. Bir gün Mourinho meydanda işləyən zaman, görür ki bəs içəridə Mou-nun komandası qapıya zərbələri işləyir. A adlı məşqçi Mou-nun yalnış etdiyini düşünür. Əslində isə A adlı şəxsin MƏHDUD BİLİKləri, imkan vermir ki o xarici dərk edə bilsin..

– MƏNTİQİ SƏHVLƏR / Məntiqi səhvlər də xairici dərketmə mövzusuna təsir edən mövzulardan sayılır. İndi baxsanız görərsiniz ki, Zidane oyunlar zamanı hər zaman səliqəli və normal geyimdə olur. Bir də var , Jurgen Kloop. Kloopa baxan adam tanımasa deyər ki, bu “alkaş”ın biridir. Xarici görünüşünə çox da diqqət etməyən, ancaq işinin masterlərindən olan Klopp hər halda dünya futbolunda artıq söz sahibidir. Ya da başqa bir məntiqi səhv deyim sizə. Bu gün deyək ki Xəzər Lənkaran Braziliyadan mügənniliklə məşqul olmaqla pul qazanan, arada bir dostları ilə futbol oynayan bir şəxsi futbolçu adı ilə komandaya gətirsə, biz ilk düşüncəmizdə onun güclü bir futbolçu oldugunu düşünəcəyik. Amma reallıq budur ki,hər Braziliyalı futbol oynaya bilmir. Bunlar məntiqi səhvlərdir və xarici dərketmə zamanı bu cür hallar , yalnışlıq etməyə gətirib çıxara bilir. Xarici dərketmə mövzusuna təsir edir. Özüm belə sadə və məşhur nümunələrlə mövzunu izah edirəm ki, elmi sözlər işlədərək sizi yormayım. Həmdə düşünürəm ki, “el dilində” yazılan yazılarım sizin tərəfinizdən daha asan başa düşülür, rahat qəbul edilir.

– ATRİBUTLAŞDIRMAQ / Bu da dediyim kimi, xarici dərketməyə təsir edən elementlərdən biridir. Məşqçi olanlar, kredit mütəxəssisi olanlar, reper olanlar və sair hər hansı peşə sahibi olan millətimizin hər hansı nümayəndəsi elə bilir ki, xarici bir eyni peşə sahibi ondan daha yaxşıdır. Yəni bu gün deyilsə ki, Almaniyadan hansısa bir futbol məşqçisi filan klubumuza gətirilib. Biz məşqçilərin beyinlərində avtomatik belə bir fikir formalaşacaq ki, o Almaniyadan gəlib deməli bizdən güclüdür. Bu kimi hal, xarici dərketmə mövzusunda atributlaşdırmaq adlanır.

– STEREOTİPLƏR / Bu da xarici dərketmə mövzusunda rolsuz qalmayan mövzudur. Adətən tamaşa etdiyimiz filmlər, oxuduğumuz müxtəlif ədəbiyyat nümunələri eşitdiyimiz əhvalatlar və söhbətlər, eləcə də şahidi olduğumuz hadisələr müəyyən sosial obyekt haqqında müvafiq stereotipin yaranmasında, eləcə də olan stereotipin daha da möhkəmlənməsinə səbəb olur. Sosial stereotiplər bir tərəfdən insanların, xalqların bir-birini yaxşı başa düşməsinə, digər tərəfdən də düzgün dərk etməsinə mane olur. İndi sadə bir dillə bu elementi də sizə izah edim. Bizə bilmirəm bu hardan yeridilib, harda şüuraltımıza oturub, ancaq əksəriyyətimiz ilk baxışda eynək taxan birinin ağıllı olmasını düşünürük. Niyəsə eynək bizim ağıllılıq işarəti kimi yaddaşımıza yazılıb. Bu xarici dərketmə mövzusunda təsir edə stereotiplərdən sayılır..

– ƏLAQƏ SƏHVLƏRİ / Xarici dərketmə zamanı edə biləcəyimiz səhvlərdən biridə əlaqə səhvləridir. Buna da yenə Zidane üzərində misal göstərək davam edim mövzumuza. Hər birimiz bilirik ki, Zidane dünya futbolunda əfsanəvi futbolçulardan hesab edilir. Ancaq oğlu adı ortabab futbolçulardandır. Bizə “Zidane-nın oğlu” deyiləndə , düşüncəmizdə güclü bir futbolçu görəcəyimiz haqqında fikirlər formalaşır. Ancaq xarici dərketmənin əlaqə səhvlərindən biri olduğunu yalnız diqqət etdikdən sonra görürük. Bu da xarici dərketmə zamanı təsir edən amillərdən sayılır.

– İLK TƏƏSSÜRAT / İlk təəssurat da xarici dərketmə zamanı təsir edən amillərdən biridir və bu yazımda sizin üçün izah edəcəyim sonuncusudur. Məsələn biz bir gün bir futbolçunu izləmək üçün stadiona gedirik və deyək ki həmin gün o futbolçu özünü pis göstərir. Bu futbolçu da misal üçün olsun Messi. İlk təəssürat pis yarandıqından növbəti dəfə biz onu izləməyə gedəndə, Messi lap super səviyyədə özünü göstərmiş olsa da , biz onun haqqında düşündüyümüz zaman şübhələnməyə başlayırıq. Çünki ilk təəssüratın xarici dərketməyə təsiri beynimizi narahat edən mövzulardan birini də ortaya çıxarmış olur.

Bu yazımda da yazacaqlarım elə oxuduqlarınızdan ibarət idi, ümid edirəm ki növbəti yazımı yazanda artıq hansısa klubda olacam. Klubsuz olmayacam. Ümid edirəm )

Növbəti yazılarımda görüşərik əzizlərim. Hələlik.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir