Dünya məşqçiləri üçün nə vacibdir ?!

Məşqçilər üçün

Blogun izləyicilərinə bu dəfə maraqlı bir statistikanı, reallıqı paylaşmaq istəyirəm. Qısa və kiçik bir yazı olacaq bu dəfə. Sizə “Dünya məşqçiləri üçün vacib olan keyfiyyətlər”dən danışacam bu yazımda. Deməli hansısa bu işlə məşqul olan bir qurum sorgu keçirib. Qurumun adı yadımdan çıxıb düzü. Həmin sorğuda dünyanın ən məşhur və ən ugurlu məşqçiləri iştirak edib. İstər milli səviyyədə çalışan, istərsə də klubla çalışan məşqçilərdən söhbət gedir. Sorgudan bu nəticə alınıb. Elə yazının əvvəlindəcə geyd edim ki, bu mövzu haqqında sadəcə statistikanı və qısa bir cümləmi sizə təqdim edəcəm. Öz düşüncələrimi bu yazıda sizlər üçün yazmayacam.. İndi isə sözü gedən sorğu barəsində sizin üçün məlumatı paylaşım.. Nəticə belə olub…

Sorğuda iştirak edən məşqçilərin , “sizin üçün futbolçuda olması vacib olan keyfiyyətlərin ən önəmlisi yerində nə durur ?” sualına cavabları aşağıdakı kimi olub..

– 47 % məşqçinin fikrinə görə atletika 

– 21 % məşqçinin fikrinə görə texnika

– 20 % məşqçinin fikrinə görə mental hazırlıq

– 12% məşqçinin fikrinə görə isə psixoloji durum

Sorğunun nəticəsindən belə qərara gəlmək olar ki, “Kondisiya hər şey deyil, ancaq kondisiyasız hər şey heçnədir”…

Bu yazıda ətraflı uzun uzadı danışmaq istəmədim özüm, gələcək yazılarımda bu mövzuda öz fikirlərimi sizinlə bölüşəcəm.. Növbəti yazılarımda görüşərik.
Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir