Kordinasiya məşqi

Məşq nümunələri

Bu yazımda sizə Kordinasiya mövzusunda bir məşq nümunəsi təgdim edəcəm. Elə bir məşq nümunəsidir ki, məşq başlayanda bunu isinmə kimi də vermək olar. Ancaq uzun müddət bu məşqi etmək mənasızdır. Maximum 7-8 dəqiqə göstərilən məşq nümunəsi ilə işləyə bilərsiniz. Mən burada məşq nümunəsi yazanda , kankret olaraq sizə belə edin, elə edin demirəm. Düşünürəm ki məşqçisiniz və sizə seçimlər verdiyim zaman özünüz ən lazımlısını və ən çox komandanız üçün faydalı ola biləcək mövzunu seçə biləcəksiniz. Ona görə də vaxt itirmədən məşq nümunəsinin şəklinə nəzər salaq.

 Şəkildən gördüyünüz kimi iki “pilləkən” bir birində 5-7 metr məsafadə yan yana qoyulmuşdur. Pilləkənlərin baş tərəfindən hər iki tərəfində də oyunçular dayanıb. Özüm orda “fışka” qoymaqı mənasız saydım. Ortada bir top var X topu önündəkinə pas verərək göstərilən istiqamətdə kordinasiya məşqini yerinə yetirmək məqsədli pilləkəndə işləyərək davam edir. Həmin X pilləkəni bitirib ortaya gəldikdə, yenə pas verərək digər pilləkəndə məşqə davam edir.

Pilləkəndə işləyən oyunçular, bir ayaqla soldan girməyi, bir ayaqla sagdan girməyi, bir toxunuş, iki toxunuş , sagdan sola, soldan sağa girməkləri və sair əlli cür detalı işlədə bilərsiniz. Bunlar dediyim kimi sizin öz seçimlərinizdir. Birdəki, mən yuxarıda gördüyünüz şəkildə çox oyunçu göstərmişəm. 12 qarşı qarşıya dayanmış oyunçu var. Bu məşqdə mən öz təcrübəmdən deyirəm sizə, ən yaxşı say 8 nəfərdir. Yəni dörd nəfər X , dörd nəfər də O-ların yerində olsa əla olar. Mən klublarımızın vəziyyətini nəzərə alaraq, özümdən asılı olmadan 12 oyunçu çəkdim. Əgər sizin pilləkən probleminiz, konus, fışka və sair probleminiz yoxdursa klubda, rahatlıqla 8 nəfərlə işləməyiniz məsləhətdir.

Bu kiçik məşq nümunəsini çaşıb oyunçularınıza 25 dəqiqə filan verməyin. Kiçik yaş qruplarında maraqsız və darıxdırıcı ola bilər çünki. Düzü mən bu nümunəni sizin üçün paylaşmaq istəmirdim. Çox götür qoy etdikdən sonra, sadə bir nümunə ilə mövzuya girməyi qərara gəldim. Növbəti yazılarımda məşq nümunələri daha çətinə doğru gedəcək. Yenə də sizə bu və digər mövzularda məşq nümunələri paylaşacam.

Növbəti yazılarımda görüşərik. Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir