Koordinasiya məşqi (+Driblinq)

Məşq nümunələri

Salam blog izləyiciləri. Uzun müddətdir ki saytda heç bir yazı yazmırdım. Yenidən sizin üçün az az da olsa müxtəlif mövzularda məşq nümunələri, nəzəri materiallar və sair bəzi yazılar paylaşacam. Bugünki yazımda isə sizə daha bir məşq nümunəsi təgdim edəcəm. Bu sadə bir məşq nümunəsidir və Koordinasiya mövzulu nümunədir. Ümid edirəm sizin üçün faydalı olar.  Çox vaxt itirmədən məşq nümunəsinin şəkilini və izahını sizin üçün aşağıda yerləşdirirəm.

Şəkildə gördüyünüz kimi, məşq solda iki “fışka”nın arasında durmuş oyunçuların növbəli hərəkəti ilə başlayır. Barierləri aşdıqdan sonra, tək duran fışkaya maximum sürətli şəkildə qaçaraq, fışkadan sonra topla dribling edərək yerlərinə qayıtmalı olan oyunçulara, siz topu ayaqlarına aldıqda hər dəfə bir tapşırıq verə bilərsiniz.

Bu tapşırıqlar, dribling zamanı, yalnız sol ayaqla dribbling et, yalnız sağ ayaqla dribling et, yalnız sağ ayaqın içi ilə dribbling et, yalnız sol ayaqın üstü ilə dribbling et və sair ola bilər. Bundan başqa barierləri keçərkən də hər dəfə eyni cür keçməsin oyunçularınız. Burada da bir dəfə sol ayaqla, bir dəfə sağ ayaqla, bir dəfə soldan sağa, bir dəfə sağdan sola və sair edə bilərsiniz.

Bugünki məşq nümunəsi bundan ibarət idi. Yenidən qayıdışımı qeyd edin =) Yazacam sizin üçün. Bu gün gözəl gün olub. Əylənin əzizlərim.

Növbəti yazılarımda yarımçıq qalmış B kategoriya kursunun materiallarından, B kursunun praktiki imtahan nümunələrindən, UEFA A kursunun nəzəri hissə materiallarından yazmağı planlaşdırıram.

Növbəti yazılarımda görüşərik. Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir