Sürət məşqinə dair spesifik oyun

Məşq nümunələri

Salam blog izləyicilərim. Bu dəfə sizə C kategoriyalı məşqçi kursunda da mövzu olaraq yer alan “Spesifik sürət məşqi” mövzusundan bir məşq nümunəsini təgdim edəcəm. Bu aralar biraz başım qarışıq oldugundan sizin üçün yeni yeni yazıları tez tez paylaşa bilmirəm. Ancaq ümid edirəm ki, daha çox material paylaşmaqa bu ay ərzində vaxt tapacam.  Bu yazıda elə də uzun uzun danışmayacam. Sadəcə olaraq məşq şəkli və məşqin izahı yer alacaqdır. Keçək məşqin əvvəlcə şəklinə baxaq.

Üzbəüz qoyulmuş “fışkalar” arasındakı məsəfə gördüyünüz kimi 15 metrdir. Oyunçular tərəfdən hər fışkanın önündə isə bir top qoyulmuşdur. Oyunçular məşqçinin işarəsi gəldikdə, topu oldugu fışkadan digər fışkaya dribling edərək aparmalı, sonra isə komanda yoldaşına dogru qaçaraq əlini komanda yoldaşının əlinə toxundurmalıdır ki, komanda yoldaşı da topun yerini bir fışka dəyişə bilsin. Beləliklə ilk bitirən komanda qalib gəlmiş sayılır.

Ancaq bu məşq verilən zaman oyunçulara düzgün qaçış metodikası aşılanmalı , onlara etdikləri səhvi metodiki tərəfdən görərək izah etməli, və məşqçi göstərməlidir. Yalnız bu hallarda verilən məşqin effektiv olub olmaması barədə bir fikir yürütmək olar.

QEYD: Məşq nümunəsini 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutmuşam. 

Növbəti yazılarımda görüşərik. Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir