Arxasından açılmaq (zabegania)

Metodika və Təqdimatlar (C)

Bu yazımda sizə zabeganie mövzusunda sizin üçün yazdığım metodiki göstərişləri təgdim edəcəm, əziz blog izləyicilərim. Əvvəlcə biraz zabeganie haqqında deyim ki, bu mövzu qrup taktiki davranışıdır. Bilirik ki, 2 nəfərdən 10 nəfərə qədər futbolçunun etdiyi davranış qrup taktiki davranışı sayılır. Burada da iki nəfər iştirak etdiyindən qrup taktiki davranışı hesab edilir.

Zabeganie komanda yoldaşının arxasında açılmaq deməkdir. Bunu çoxu zaman cinah müdafiəçilər yerinə yetirir. Ancaq bu o demək deyil ki, digər futbolçular icra etmir. Meydanda bunu qapıçıdan başqa hər mövgedə oynayan futbolçunun etdiyini görə bilərik. Mən sizə daha çox edəni deyirəm, və bunu oyunda daha çox icra edən futbolçular cinah müdafiəçilər olur. Burdan da belə nəticəyə gəlmək olar ki, ən çox cinahlarda edilir. Düzdü meydanın hər yerində baş verə bilər. Ancaq ən çox cinahlarda olur. Zabeganie davranışı ona görə edilir ki, rəqibi çaş baş sala bilək və topla olan oyunçumuz üçün hücumu davam etdirə bilmə variantlarını meydana çıxaraq. Yəni topla olan oyunçunun ya önündə boş zona qazanaq, ya da zabeganie edən futbolçuya pas verməsi üçün şərait yaradaq.

İndi isə gəlin bunu necə edəcəyimizlə bağlı danışaq biraz. Necə sualı meydana metodiki göstərişləri çıxarır. Onlardan da bir neçəsi aşağıdakılardır.

–  Pası qəbul edən oyunçu dribbling edərək top saxlamalı

–  Topsuz olan – zabeganie-nı yerinə yetirəcək oyunçu komanda yoldaşının arxasından açılmalıdı

– Topla olan oyunçu, rəqib  oyunçunun davranışına və komanda yoldaşına diggət etməli

– Komanda yoldaşı ilə göz kontaktı yaratmalı

– Vəziyyətdən asılı olaraq zabeganie  edən komanda yoldaşına pas da verə bilər , özü də topla davam   irəliləyə bilər..

– Əgər komanda yoldaşına pas  verəcəksə, komanda yoldaşının hərəkət yolu istiqamətində, onun önünə topu ötürməlidir

– Zabeganie zamanı maximum sürətli  olmaq lazımdır

Hələlik. Növbəti yazılarımda görüşərik.. =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir