Top saxlamaq məqsədli driblinq

Metodika və Təqdimatlar (C)

Hörmətli blog izləyiciləri , bu dəfə sizə “Top saxlamaq məqsədli dribbling” mövzusunda olan metodiki göstərişləri təqdim edəcəm. Bir öncəki yazımda olduğu kimi bu yazıda da presentasiyanı yerləşdirməmişəm . Çox yaxın zamanda ümid edirəm ki presentasiya da saytda yer alacaq. Ümumiyyətlə top saxlamaq məqsədli dribbling dedikdə yəgin ki futbol adamlarısınız, beyinlərdə fikir formalaşır ki söhbət nədən gedir. Mən bir iki sətirlə izah verim sonra , metodika paylaşım düşündüm. Deyək ki , sizin komanda yoldaşınız rəqib yarımmeydançasında təkdir və ona pas verilir. Topla olan yoldaşınızın sizin ona köməyə getdiyinizə qədər etdiyi dribblinglər, “Top saxlamaq məqsədli dribbling” hesab edilir. Bu biraz primitiv izah oldu düşünürəm ki, ancaq bu mövzuda olan presentasiyanı sizə təqdim etdiyim zaman, daha da ətraflı izah edəcəm..

– Topu qəbul etdiyin andan etibarən rəqibdən topu maximum uzaqda saxla

 – Bu zaman yaxşı olar ki azacıq cinahlara doğru yönələsən

– Ayağın altı, çölü və içi ilə topa toxunuşlar et

– Bu toxunuşları rəqibdən uzaq ayaqla et

– Rəqibin müdaxiləsinin qarşısını almaq üçün topla rəqibin arasına gir

– Korpusla (bədənlə və ya gövdəylə) rəqibin hərəkətinə maneə ol

– Qollarını da istifadə edərək rəqibin topa toxunmasına imkan vermə

– Köməyə gəlməkdə olan komanda yoldaşlarını diggətində saxla

Yuxarıdakı metodiki göstərişlər mənim bu mövzuda sizin üçün paylaşdıgım metodiki göstərişlərdir. Ancaq bu o demək deyil ki, elə bu qədər metodiki göstəriş yazmaq olar. Bura əlavələr etmək olar..

Hələlik. Növbəti yazılarda görüşərik. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir