Futbolda kontekst

Futbolda kontekst

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu haqqda yadınızdadırsa mövzulardan birində qısaca danışmışdım.  C kateqoriyalı məşqçi kursunun nəzəri hissə mövzusu olan , Öyrənmə prosesi mövzusunda , oyunçulara bir mövzunun daha da asan izah edilməsi üçün olan incəliklərdən danışmışdım ki, bunlardan biri də kontekst idi. İndi bunun haqqında biraz daha ətraflı danışım.

Bu söz latın dilindəki “contextus” sözündən əmələ gəlib. Mənası “möhkəm əlaqə” kimi bilinməkdədir. Mənasına baxanda , elə futbolda nə üçün istifadə edilməsi haqqında fikir formalaşır. Deməli bu söz həm də “mətndə hər hansı söz və ya ifadənin mənasını dəqiqləşdirmək imkanı verən bitmiş bir hissə” kimi bilinir.

Bəs futbolda nə deməkdir desəniz, onda aşağıdakı izahı vermək olar.

Məşqdə bir məşqçinin mövzu verdiyi zaman diqqət etməli bir şeydə kontekstdir. Yəni, məşqçi məşqini verəndə uşaqlarda mövzunu möhkəmləndirmək, inkişaf etdirmək üçün verir əlbəttə ki. Bunun üçün isə ona bir növ şərait yaranmalıdır. Şəraiti yaradan detallardan biri də kontekstdir.

Deyək ki ayağın içi ilə yerlə paslar mövzusu verirsiniz məşq olaraq. Bilirik ki , bu davranış meydanda, futbol zamanı daha çox say üstünlüyü (say çoxlugu) zamanı baş verir. Ona görə də bu məşqi verən zaman çalışın ki , say çoxlugunda verəsiniz. Və ya 1×1 müdafiə davranışı məşq etdirirsinizsə, orda da say bərabərliyi olur, siz də çalışın ki, məşqinizdə birəbir mübarizələr yaransın. Bu kontekst məsələsi , futbolda situasiyalarla baglı olan bir mövzudur. Həmdə təkcə situasiyalarla da baglıdır demək də düz deyil. Xırdalıqları var biraz.

Yuxarıda sözün mənasının izahı zamanı, dedim ki bəs anlamı “möhkəm əlaqə” deməkdir. Əgər söhbət “möhkəm əlaqə”dən gedirsə, yaxşı olarki, sizdə məşqi verəndə mövzuyla möhkəm əlaqə yaradasınız. Yəni demək istədiyim, siz oturub kontekstə “takılıb” məşq qurmayın türklər demiş. C kursu materiallarını bildikdən sonra, “Optimal məşq” mövzusunda olan 9 kriteriya ilə siz bir mövzunu məşq etdirsəniz, inanın ki sizdən asılı olmayacaq kontekst, öz özünə gözlənilmiş olacaq. Yəni mövzuyla güclü əlaqə yaranacaq 9 kriteriyanın hesabına. Sizdən xəbərsiz..

Ümid edirəm ki bu mövzuda yazdıqlarım işinizə yaradı. Növbəti yazılarımda görüşərik. Hələlik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir