Başla müdafiədə oyun

Metodika və Təqdimatlar (C)

Bu yazımda “Başla müdafiədə oyun” mövzusuna uygun bir neçə metodiki göstərişi sizin üçün təgdim edirəm. Yazının ardında metodika ilə tanış ola və bu mövzuya uygun presentasiyanı yükləyə bilərsiniz..

Müdafiədə başla oyun, adından da göründüyü kimi, müdafiə zamanı icra olunan bir elementdir. Biz topsuz oldugumuz zaman baş verir. Yəni top rəgib komandada oldugu zaman biz, müdafiədə başla oyun mövzusuna müraciət edə bilərik. Əksərən bu mövzuya biz meydanın bizə aid olan hissəsində, cərimə meydançasında və cərimə meydançası həndəvərində müraciət edirik. İcra edən futbolçular isə, çox zaman stoper mövgeyində oynayan oyunçular olur. Mərkəz müdafiəçilər yəni. Dayaq oyunçular da bu davranışı çox yerinə yetirirlər.
Uşaqlarda bu mövzunun inkişafı üçün, deməli oldugunuz bəzi metodiki göstərişləri geyd edirəm..

– Topa mümkün qədər alnınla zərbə vur. Belədə topu başın ən enli və düz hissəsi ilə vurursan. Zərbə daha dəgig və daha güclü olur

– Zərbə zamanı bədənin yuxarısını geriyə tərəf çək və zərbə üçün təkan yıg

– Yüksək hava ötürmələrində topa tərəf topu izləyə izləyə qaç..

– Başla oynamaqdan qabaq trayektoriyaya fikir ver. Belə olanda rəgibin topa tez çatmasına maneə olursan və topa daha yaxşı zərbə vurmaq imkanı əldə edirsən

– Topa zərbə vurmaq üçün mümkün qədər qısa məsafə qaçdıqdan sonra tək ayaqla tullan. Daha yüksəyə tullanmaqa çalış

– Müdafiədə başla oynayarkən rəqiblə məsafə saxlamaq lazımdır ki, top gəldikdə daha yüksəyə tullana biləsən. Rəqib maneə olmasın

– Topun uçuş trayektoriyasını dəqiq müşahidə etmək lazımdır və cəsarətli olmaq lazımdır.

– Havaya tullanan zaman qabaga deyil, yüksəyə tullanmaq lazımdır.

– Başın topa təmasından qabag boyun əzələlərini bərkitmək lazımdır

– Topa zərbədən sonra topun ardınca baxaraq topu izlə

Yuxarıda mən geyd etdiyim metodiki göstərişlərə onlarla bu cür  incəlik və xırdalıq əlavə etmək olar. İcra zamanı oyunçularınızın etdiyi səhvlərə əsasən onlara metodiki göstəriş vermək ən dogrusudur. Qısa olaraq bu mövzu haqqında deyəcəklərim bu qədərdir.

Növbəti yazılarımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir