B kateqoriyalı məşqçi kursları

B kateqoriyalı məşqçi kursları haqqında

B məşqçilər kursları (Ümumi)

Yazıma başlayaraq bildirmək istəyirəm ki, artıq B kategoriyalı məşqçi kursunun materialını sizlər üçün təgdim etməyə başlamağı düşünürəm. Və bugündən etibarən sizinlə B kategoriyalı məşqçi kurslarının materillarını bölüşəcəm, sizə izah etməyə çalışacam. Əvvəlcə kurslardan danışım. Deməli B kategoriyalı məşqçi kursu, əvvəlkindən , yəni C kursundan daha çətindir və C kursunda futbolçunun fərdi davranışları öyrənilirdisə, B kursunda artıq qrup davranışları öyrənilir və bu TAKTİKA-nı qabarıq şəkildə meydana çıxarır. Yəni B kursunda daha çox taktikadan danışılır. Ümumilikdə götürdükdə , yuxarıda deməyimə siz çoxda fikir verməyin, demək olmaz ki B kursu çətindir və ya asandır. Onu demək olar ki, B kursunun materialı daha geniş, daha çox,  daha maraqlıdır. Çünki bu kursun sonunda , kurslarda olan hər mövzuda diqqətli olmusunuzsa, öyrənmisinizsə, artıq rahatlıqla özünüzü məşqçi kimi hiss edə bilərsiniz.

C kategoriya belə bir lisenziyadır ki, çox önəmlidir məncə. Ancaq B daha da önəmlidir. Çünki C və B kategoriyalarını oxuyan məşqçilər həqiqətən də kifayət qədər bilgili , savadlı məşqçilər olurlar.. İnsanlar əldə etdikləri ugurları bir müddət sonra adi qarşılayır. Yəni bu gün mənim üçün C lisenziya almaq fantastik çətin bir iş sayılırdısa, C-ni əldə edəndən sonra , çoxda vecimə olmur. Adi bir kategoriya , lisenziya kimi qəbul edirəm. Artıq mənimçün B maraqlı olur. B aldıqdan sonra isə A maraqlı olur. İnsanın gözləri başının ön tərəfində yaradılıb ki, daim gələcəyə, inkişafa meyil etsin. Ona görə də özündən asılı olmadan insanlar da belə edirlər.

Başlayım B kursunda olacaq imtahanlar. Deməli burada da C kursunda oldugu kimi, imtahanlar Praktiki, Yazılı, Şifahi, Kursda ümumi fəallıq və sosial olaraq 5 dənədir.. C kursu haqqında köhnə yazılarıma baxsanız, görərsiniz ki, elə C-də də bu cür idi.  Bundan başqa B kursunda da qiymətləndirmə məsələsi , C ilə eynidir. Yəni burada imtahandan keçmək üçün , 1 , 1-, 2+, 2, 2-, 3+, 3-, 3, 4+ və 4 almaq lazımdır. Qalan bütün qiymətlər kəsir hesab olunur. 5 zəif , 6 isə bərbad qiymətdir.

Bu kursun qaydaları və qiymətləndirmə metodu haqqında qısa bir məlumat idi ki, bu da sizin üçün sürpriz bir metod deyil əslində. C kursu haqqında ilk yazımda qiymətləndirmə və imtahanlar haqqında uzun uzadı danışmışam. Əgər yadınızdan çıxıbsa , ilk mövzulara qayıdın və yenidən oxuyun..

Növbəti yazımda C kursundan bir neçə mövzunun təkrarlarından danışacam, yadımıza salaraq B kursuna başlayacağıq və bununla da B kursunun materillarının izahını sizin üçün burada yerləşdirəcəm..

Növbəti yazıyadək =) Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir