Məşqçi və azarkeş

“Məşqçi” və “azarkeş”

Məşqçilər üçün

Hamımız dəfələrlə görmüşük ki, iki, 3, 5 və sair nəfər futbol mövzusunda “kankret qırğın” salıblar. Əlbəttə ki qırğın dedikdə sözlü mübahisələr və müzakirələri deyirəm. Bu küçələrdə də olur, şəhərdə gəzərkən də görürük, yada hansısa çay evində , restoranda olarkən də gördüyümüz bir haldır. Bu yazımda məşqçi və bu azarkeşləri fərqləndirən cəhətdən danışacam. Etiraf etməliyəm ki, məndə çox hallar olur ki, dostlarımla məşqçi yox, azarkeş prizmasından yanaşıram məsələlərə. Amma bu əslində yaxşı bir hal deyil. Deməli əvvəlki yazılarımda da dəfələrlə geyd etdiyim kimi, məşqçi strukturlu biliyə sahib olmalıdır.

Əgər həgigətən də normal məşqçisənsə , strukturlu biliyə sahibsən deməkdir. Və bu azarkeşlərdə olan bir şey deyil. Onlar yalnız CR7 yazaraq fb, tvitter akkauntlarında, vurulan qollara sevinə bilərlər. Və birdəki söyə bilərlər uzagı =) Amma məşqçi və azarkeşi ayıran başlıca məsələni mən bir şəkillə izah etmək istərdim.. Ona görə də aşagıdakı şəklə baxaq..

Şəkildən də gördüyünüz kimi, azarkeş yalnız məsələnin üz hissəsini görür. Yəni hər hansısa bir şey baş vermiş olur və azarkeşlər sadəcə onu görürlər. Və elə onu da müzakirə edirlər. Məsələn “gördüüün bəs məssi 3 nəfəri sürüdü vurdu” kimi cümlələr onların müzakirələrində başlıca rol alan sətirlər olur.

Ancaq bir futbol məşqçisi məsələnin yaranma səbəblərini, nədən ola bilməsini, qarşısını almaq üsullarını və sair daha çox mövzuları strukturlu  şəkildə düşünür. Məşqçi demir ki “messi 3 nəfəri sürüdü”, məşqçi düşünür ki “necə edim ki messi 3 nəfəri sürüməsin” və ya “necə edim ki 3 nəfər messini sürüsün”. Əlbəttə ki bu bir misal üçün seçilmiş cümlə idi. Messidisə yəni məşqçinin də dəxli yoxdu məsələlərə )

Demək istədiyim budur ki, futbol məşqçiləri strukturlu biliyə sahib olur, səbəbləri, çətinlikləri aradan qaldırmağın yollarını düşünür. Azarkeşlər isə sadəcə oyunu baxırlar və bir biriləri arasında “oyunun icmalını” danışırlar.

Bu yazımda danışacaqlarım elə bu qədər idi. Növbəti yazılarımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir